"Bank BTB"nin vəziyyəti məlum oldu - ƏMƏLİYYAT MƏNFƏƏTİ 2 DƏFƏ ARTIB
"Bank BTB" ASC 2024-cü ilin 9 ayı üzrə (yanvar-sentyabr) maliyyə göstəricilərini açıqlayıb. Bankın gəlirləri və əməliyyat mənfəətində artım baş verib.
Marja.az xəbər verir ki, 2024-cü ilin 9 ayı ərzində "Bank BTB"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 27 milyon 557 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 23 milyon 795 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 3 milyon 762 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 376 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb. Nəticədə, cari ilin 9 ayında "Bank BTB" 3 milyon 386 min manat mənfəət əldə edib (gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən xərc (3 milyon 880 min manat) nəzərə alınmadan).
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin 9 ayı ərzində "Bank BTB"ın cəmi əməliyyat gəlirləri 25 milyon 885 min manat, cəmi əməliyyat xərcləri 23 milyon 990 min manat, əməliyyat mənfəəti 1 milyon 895 min manat təşkil etmişdi. Beləliklə, 2023-cü ilin 9 ayı ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "Bank BTB"nin əməliyyat mənfəəti 2 dəfə artıb.
2024-cü ilin 9 ayı ərzində "Bank BTB"nin faiz gəlirləri 845 min manat və ya 3,8%, qeyri-faiz gəlirləri isə 827 min manat və ya 24% artıb.
30 sentyabr 2024-cü il tarixində "Bank BTB" 368 milyon 238 min manat cəmi aktivlərə, o cümlədən 275 miylon 192 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank ötən ilin sonunda 376 milyon 759 min manat cəmi aktivlərə, o cümlədən 276 milyon 855 min manat kredit portfelinə malik idi.
30 sentyabr 2024-cü il tarixində "Bank BTB" 51 milyon 654 min manat məcmu kapitala malik olub, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Cari il ərzində "Bank BTB” nizamnamə kapitalını yeni emissiya hesabına 5 milyon manat artırıb.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 26 d. əvvəl
-
- 30 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















