"Bank Avrasiya"nın kredit portfeli kiçilib, xalis mənfəəti azalıb
5,176"Bank Avrasiya" ASC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 3 milyon 484 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 3 milyon 953 min manat xalis mənfəət ilə bağlamışdı. Beləkilə, "Bank Avrasiya" ASC-nin xalis mənfəəti 2023-cü ilin 9 ayı ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində 469 min manat və ya 11,9% azalıb.
GƏLİRLƏRİ AZALIB
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Bank Avrasiya"nın faiz gəlirləri 2023-cü ilin 9 ayında 12 milyon 217 min manat ikən, 2024-cü ilin 9 ayında 11 milyon 194 min manata düşüb. Bankın qeyri-faiz gəlirləri isə 1 milyon 725 min manatdan 1 milyon 860 min manata yüksəlib.
"Bank Avrasiya"nın əməliyyat mənfəəti 528 min manat və ya 10,2% azalaraq 4 milyon 648 min manata düşüb. Ötən ilin 9 ayında Bankın əməliyyat mənfəəti 5 milyon 176 min manat təşkil etmişdi.
KREDİT PORTFELİ KİÇİLİB
30 sentyabr 2023-cü il tarixi ilə müqayisədə, "Bank Avrasiya"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 5 milyon 423 min manat və ya 3,8% azalaraq 30 sentyabr 2024-cü il tarixində 136 milyon 819 min manat təşkil edib.
30 sentyabr 2024-cü il tarixində "Bank Avrasiya" 204 milyon 720 min manat cəmi aktivlərə malik olub. Bank 30 sentyabr 2023-cü il tarixində 202 miylon 244 min manat cəmi aktivlərə malik idi. Bankın depozit portfeli isə 1 milyon 502 min manat artaraq 66 milyon 810 min manata çatıb.
MƏCMU KAPİTALI ARTIB
30 sentyabr 2024-cü il tarixində "Bank Avrasiya" ASC 83 milyon 4 min manat məcmu kapitala malik olub. Bank ötən ilin eyni tarixində 77 milyon 78 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 22 d. əvvəl
-
- 26 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















