Azərbaycanın 2025-ci il üçün büdcəsi ilkin variantla müqayisədə 1,7 milyard manat artırılır
Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin gəlir proqnozu 36 milyard 616 milyon manatdan 38 milyard 316 milyon manata, xərc proqnozu isə 39 milyard 667,6 milyon manatdan 41 milyard 367,6 milyon manata yüksəldilib.Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə 1,7 milyard manat artırılıb.
Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verilir.
Məlumata görə, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.
Bunlar, 2024-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,3 % və 4,1 % çoxdur.
Son nəticədə büdcədə əvvəl elan edildiyi kimi, 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.
Artım Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertin ilkin variantla müqayisədə 1,7 milyard manat artırılaraq 12 milyard 781 milyon manatdan 14 milyard 181 milyon manata çatdırılması hesabına olacaq.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
47 d. əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
-
2 saat əvvəl
Analitiklər neftin qiymətinin 100 dollara qalxa biləcəyini proqnozlaşdırırlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
Rəsmi məzənnələr açıqlandı
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı
Tramp: İran danışıqlar aparmaq istəyir, mən də qəbul etdim
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR

























