Dövlət büdcəsində bəzi vergi və gömrük rüsumları üzrə proqnozlar artırılır
2025-ci ilin büdcə gəlirlərində gömrük rüsumlarından daxilolmalar 1 mlrd. 810 milyon manat proqnozlaşdırılır.
Bu, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Bu isə 2024-cü il üzrə gömrük rüsumları üzrə daxilolmalardan 3% və ya 53 mln. manat çoxdur. Cari il üçün gömrük rüsumları üzrə daxilolmalar 1 mlrd. 757 mln. manat müəyyən edilib.
2025-ci ilin dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz 179 mln. manat artırılaraq 1 mlrd. 989 mln. manata, hüquqi şəxslərin əmlak vergisi üzrə proqnoz 27,9 mln. manat artırılaraq 392,6 mln. manata, əlavə dəyər vergisi üzrə proqnoz 222,3 mln. manat artırılaraq 8 mlrd. 326,2 mln. manata, sadələşdirilmiş vergi üzrə proqnoz 32 mln. manat artırılaraq 405 mln. manata, yol vergisi üzrə proqnoz 15,4 mln. manat artırılaraq 142,8 mln. manata, aksizlər üzrə proqnoz 287,7 mln. manat artırılaraq 1 mlrd. 840,7 mln. manata çatdırılıb.
Ölkə ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi üzrə proqnoz dəyişməyərək 37 mln. manat, idxal aksizləri üzrə proqnoz isə yenidən185 mln. manat müəyyən edilib. Hüquqi şəxslərin mənfəət vergisi üzrə proqnoz isə 418,6 mln. manat azaldılaraq 6 mlrd. 344 mln. manata endirilib.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
16 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
45 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
53 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir


















.jpg)





