Hesablama Palatası AMEA-nın İşlər İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib
2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib.
Bu barədə Palata məlumat yayıb.
Məlumata görə, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda “Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələrinə dair Auditor hesabatı”, "Kosmik Agentlik tərəfindən dövlət vəsaitinin və əmlakının istifadəsi və idarə edilməsinin hüquqi aktlara uyğunluğunun auditinin nəticələrinə dair Auditor hesabatı”, “Elm və Təhsil Nazirliyi və tabeliyində olan təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu üzrə ayrılan dövlət investisiyalarının auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib. Müzakirələrin nəticəsində auditor hesabatlarının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların audit olunan qurumlar tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul edilib.
Daha sonra “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi”nin nəticələri müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.
İclasda həmçinin nəzarət tədbirlərinin başlanılması ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 d. əvvəl
- 6 d. əvvəl
- 8 d. əvvəl
- 9 d. əvvəl
- 12 d. əvvəl
- 13 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu






.jpg)
.jpg)




.jpg)







