Bu investisiya daşınmaz əmlakın qiymətini artıracaq
Elektrik enerjisini pulsuz almağa imkan verən yatırım! ASAN kommunallarda qeydiyyata start verilib.
Alternativ enerji istehsalçıları istifadə etmədikləri elektrik enerjisini “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti şəbəkəsinə ötürərək, sata və ya şəbəkə enerjisi ilə əvəzləşdirə biləcəklər. Bu prosesə aktiv istehlakçıların (elektrik enerjisi istehlak etməklə yanaşı, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsal edən şəxslər) “Azərişıq” ASC tərəfindən qeydiyyata alınması ilə başlanılıb.
Mütəxəssislər bildirirlər ki, dəstək mexanizminin tətbiqi həyət evi, villa və bağ sahiblərini alternativ enerji mənbələrindən istifadəyə stimullaşdırmaqla bərabər, alternativ enerji sistemləri quraşdırılmış daşınmaz əmlakın qiymətini də artıracaq.
“Helind” alternativ enerji sistemləri şirkətnin icraçı direktoru Orxan Quluzadə bildirib ki, gündüz evdə olmamaqları və ya az olmaqları səbəbindən həyət evi, bağ evi sahiblərinin günəş panellərindən əldə etdikləri enerji itkiyə gedirdi.
“Bu da onların alternativ enerjiyə marağını azaldırdı. Dəstək mexanizminin tətbiqi ilə ev sahibi evdə olmadıqda (ya da sahibkarın obyektində sərfiyyat olmadıqda) paneldən əldə edilən enerji şəbəkəyə ötürüləcək. Evdə (obyektdə) olduqda və ya sərfiyyatı artdıqda isə ötürdüyü enerjini ödənişsiz geri alacaq”- alternativ enerji sistemləri üzrə mütəxəssis belə deyib.
Orxan Quluzadənin sözlərinə görə, əvvəllər alternativ enerjidən istifadəyə daha çox şəbəkə enerjisinin çatmadığı yerlərdə yaşayanlar üstünlük verirdisə, dəstək mexanizminin tətbiqi ilə, əksinə, şəbəkəyə yaxın olanlar da bərpa edilən enerji mənbəyi quraşdırmağa çalışacaqlar. Özlərinə daşınmaz əmlak alanların, tikdirib, təmir edənlərin bərpa edilən enerji mənbəyi quraşdırması əmlakın dəyərini artıran amillərdən olacaq.
“Təsəvvür edin ki, yaşamadığınız bağ evinizdə sizin elektrik sayğacınızı “geri çevirən”, ildən-ilə dəyişən elektrik enerjisini pulsuz almağınıza imkan verən bir yatırım etmisiniz”- “Helind” şirkətinin rəhbəri vurğulayıb.
Qeyd edək ki, aktiv istehlakçıların dəstəklənməsi mexanizmi Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara əsasən tətbiq olunur. Dəstək mexanizmindən daşınan əmlakında (evində müəssisəsində, obyektində) bərpa olunan enerji mənbələri hesabına gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla) elektrik enerjisi istehsal edən fiziki və ya hüquqi şəxslər faydalanacaqlar. Dövlətin alternativ enerji istehsalçılarına dəstək mexanizmindən faydalanmaq istəyənlər linkdə qeyd edilmiş sənədlərlə ASAN kommunalda qeydiyyatdan keçməlidirlər https://asan.gov.az/service/asan-kommunal/azerisiq-asc-terefinden-goesterilen-xidmetler/aktiv-istehlakcinin-qeydiyyata-alinmasi
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
20 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
30 d. sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
2 d. əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 4 d. əvvəl
- 18 d. əvvəl
-
45 d. əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
57 d. əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
-
1 saat əvvəl
"Müştəri gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirə bilər"
-
1 saat əvvəl
Ramada brendinin Gəncədəki yeganə oteli fəaliyyətini yenidən bərpa edir
-
2 saat əvvəl
Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib
-
3 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti

BVF: Qlobal borcun dünya ÜDM-nə nisbəti 235%-i keçib

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
