Azərbaycanın bank sektorunun xalis mənfəətində azalma başlayıb
2024-cü ilin yanvar – sentyabr aylarında Azərbaycandakı banklar tərəfindən 829.6 milyon manat xalis mənfəət, 1 milyard 268.7 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir (əldə edilmişdir).
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Statistik Bülleten - Sentyabr 2024" buraxılışında bildirilir.
Cari ilin 9 ayında banklar tərəfindən ümumilikdə 190.6 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Xatırladaq ki, 2023-cü ilin 9 ayında banklar 832.9 milyon manat xalis mənfəət, 1 milyard 227.3 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişdilər. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 22% və 26% artmışdı.
Beləliklə, 2023-cü ilin 9 ayı ilə müqayisədə 2024-cü ilin 9 ayında bank sektorunda xalis mənfəət 3,3 milyon manat və ya 0,4% azalıb. Bankların cəmi əməliyyat mənfəəti isə 41,4 milyon manat və ya 3,4% artıb.
Keşbek ödənişində rəqabətin güclənməsilə əlaqədar xərclərin artması, ehtimal olunan mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayrılan vəsaitin artması bank sektorunda xalis mənfəətin düşməsinə səbəb ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
24 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 26 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
















.jpg)






