"Belə forumlarda iştirak yeni təcrübələrin, trendlərin inteqrasiyasını təmin etmək üçün mühümdür"- BANK SƏDRİ
"Bu il artıq 15-ci dəfədir ki, ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" ASC beynəlxalq “SİBOS” Bankçılıq Konfransında iştirak edir. 21-24 oktyabr 2024-cü il tarixlərində, Çinin Pekin şəhərində keçirilən nüfuzlu “SİBOS 2024” Konfransı beynəlxalq maliyyə icması üçün xüsusi əhəmiyyət kəsb edir. Konfrans dünyanın 125-dən çox aparıcı maliyyə təşkilatlarını, fintexləri və ekspertləri bir araya gətirərək, məhsuldar müzakirələr və əməkdaşlıq imkanları təqdim edir".
Marja.az xəbər verir ki, bunu sosial şəbəkə səhifəsində "PAŞA Bank” ASC-nin İdarə Heyəti sədri Cavid Quliyev yazıb.
Sədr qeyd edib ki, builki forumda "Maliyyənin gələcəyinin əlaqələndirilməsi" mövzusu ətrafında dünya bank sektorundakı yeni trendlər, çağırışlar və həlllər müzakirə olunur:
""PAŞA Bank" ASC olaraq, inanırıq ki, SİBOS yalnız müzakirə müstəvisi deyil, həm də innovasiyaların və əməkdaşlığın təşviq edildiyi vacib bir platformadır. Burada əldə olunan biliklər və əlaqələr bankımızın strateji inkişafına töhfə verir, müştəri xidmətlərinin və bankçılıq təcrübələrinin inkişafına dəstək olur. Belə forumlarda iştirak, "PAŞA Bank" ASC-nin beynəlxalq maliyyə icmasındakı mövqeyini gücləndirmək və yeni təcrübələrin, trendlərin inteqrasiyasını təmin etmək üçün mühümdür".
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 25 d. əvvəl
-
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
2 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
2 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb






















