Bankların depozitlər üzrə faiz xərcləri kəskin artıb
Əhali və biznes 9 ayda əmanətlər üzrə 636 milyon manatdan çox faizlər qazanıb.Azərbaycanda fəaliyyət göstərən banklar 2024-cü ilin 9 ayı ərzində (yanvar-sentyabr) depozitlər üzrə 636,4 milyon manat, o cümlədən müddətli depozitlər üzrə 547,2 milyon manat faizlər ödəyiblər.
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Statistik Bülleten - Sentyabr 2024" buraxılışında bildirilir.
Azərbaycanda fəaliyyət göstərən banklar 2023-cü ilin 9 ayı ərzində depozitlər üzrə 449,9 milyon manat, o cümlədən müddətli depozitlər üzrə 378,7 milyon manat faizlər ödəmişdi.
Beləliklə, cari ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə bankların depozitlər üzrə xərcləri 186,5 milyon maant və ya 41,4%, o cümlədən müddətli depozitlər üzrə xərcləri 168,5 milyon manat və ya 44,5% artıb.
Müqayisə olunan dövrdə banklarda fiziki şəxslərin müddətli depozitlərin məbləği 1 milyard 497,4 milyon manat və ya 22,2% artaraq 30 sentyabr 2024-cü il tarixində 8 milyard 242,8 milyon manata çatıb. 30 sentyabr 2023-cü il tarixində banklarda fiziki şəxslərin müddətli depozitlərinin məbləği 6 milyard 745,4 milyon manat təşkil etmişdi.
Müqayisə olunan dövrdə banklarda hüquqi şəxslərin müddətli depozitlərin məbləği 1 milyard 541 milyon manat və ya 40% artaraq 30 sentyabr 2024-cü il tarixində 5 milyard 400,9 milyon manata çatıb. 30 sentyabr 2023-cü il tarixində banklarda fiziki şəxslərin müddətli depozitlərinin məbləği 3 milyard 859,7 milyon manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 25 d. əvvəl
-
- 29 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















