TikTok-un yaradıcısı 2024-cü ildə Çinin ən varlı adamı oldu
Çində video paylaşma saytı Douyin və onun beynəlxalq versiyası TikTok-un yaradıcısı və rəhbəri Cang Yiming Çinin ən varlı adamı olub.TikTok-un yaradıcısı və rəhbəri 2024-cü ildə Çinin ən varlı adamı olub.
Marja.az xəbər verir ki, Cang Yiming 49,3 milyard dollarlıq sərvətlə, Hurun Araşdırma İnstitutunun dərc etdiyi "Çin Zənginləri Siyahısı"nda birinci yeri tutub.
2012-ci ildə qurduğu "ByteDance" şirkətinin daxilində hər iki məşhur tətbiqi (Douyin və TikTok) inkişaf etdirən 41 yaşlı Cang, ilk dəfə siyahıda birinci yeri tutub.
ABŞ Konqresinin “ByteDance”ın Çin hökuməti ilə iddia edilən əlaqələrini əsas gətirərək “TikTok”a təzyiqinə baxmayaraq, şirkətin qlobal gəlirləri son bir ildə 30 faiz artıb.
2021-ci ildə şirkətin idarəçiliyini təhvil verməsinə baxmayaraq hələ də əhəmiyyətli bir paya sahib olan Cang-ın şəxsi sərvəti də son bir ildə 43 faiz artıb.
“Su kralı” ikinci yerə düşüb
Son üç ildir siyahıda 1-ci yerdə olmuş “Nongfu Spring” təbii bulaq suyu şirkətinin qurucusu və rəhbəri Cong Şanşan 47,9 milyard dollarlıq sərvətlə ikinci yerə düşüb.
Cong-un su biznesinin gəliri bu il oğlunun ABŞ vətəndaşı olması və rəqib su şirkətinin müdirinin ölümündən sonra aralarındakı bəzi fikir ayrılıqlarına görə əhəmiyyətli bir zərbə alıb. 71 yaşlı iş adamının sərvəti son bir ildə 24 faiz azalıb.
Cong Çinin Alibaba internet şirkətinin qurucusu Jack Ma-nı geridə qoyaraq 2020-ci ildə ilk dəfə siyahıda birinci yerə yüksəlmişdi.
Mesajlaşma proqramları və elektron ödənişlər də daxil olmaqla bir çox funksiyaları yerinə yetirən tətbiq platforması WeChat-ın sahibi olan Çinin aparıcı internet və texnologiya şirkəti Tencent-in qurucusu və rəhbəri Pony Ma Huating 44,4 milyard dollarlıq sərvətlə siyahıda üçüncü yeri tutub.
2023-cü ilin sonuna qədər WeChat istifadəçilərinin sayı 1,3 milyardı keçdiyi halda, 53 yaşlı Ma-nın sərvəti keçən illə müqayisədə 13 faiz artıb.
26 il ərzində 18 ad siyahıda birinci yerə çıxıb
Şəxsi sərvəti 5 milyard yuanı (təxminən 700 milyon dollar) keçən şəxslərin siyahısına 1094 nəfər yer tutub. Bu il siyahıda olanların sayı ötən illə müqayisədə 12 faiz azalıb. Siyahıda yer alanların ümumi sərvəti 3 trilyon dollara çatdığı halda, sərvətlərinin miqdarı 10 faiz azalıb.
Cang Yiming, yaradıldığı 26 il ərzində Çində Hurun siyahısında birinci yerə yüksələn 18-ci ad olub.
Hurun İnstitutunun prezidenti və hesabatın baş tədqiqatçısı Rupert Hoogewerf, eyni dövrdə ABŞ-da yalnız 4 adın ən varlı mövqeyə yüksəldiyinə diqqət çəkərək, bunun Çin iqtisadiyyatının dinamik tərəfinə işarə etdiyini vurğulayıb.
Bill Gates, Warren Baffett, Jeff Bezos və Elon Musk 26 ildə ABŞ-ın "ən varlı" adları olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























