Cənub bölgəsində Qafqazda ən böyük müalicəvi istirahət zonası
Cənub bölgəsində turizm rekreasiya zonalarının yaradılması üzrə lazımı işlərə başlanılıb.
Ölkəmizdə 1-ci turizm rekreasiya zonası Şimal bölgəsində yaradılıb. Növbəti mərhələdə rekreasiya zonası Cənub bölgəsində yaradılacaq. Artıq bununla bağlı mərkəz də seçilib.
Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov: “Artıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan işçi qruplar tərəfindən yerlərə baxış keçirilib. Astara, Masallı, Lerik və Lənkəran rayonlarının müvafiq yerlərinə. Artıq sənədləşmə gedir.”
İlin sonunadək tamamlanacaq bu layihənin icrası ilk növbədə bölgənin turizminin beynəlxalq səviyyədə tanıtımına xidmət edir. Məqsəd keyfiyyətli turizm xidmətlərinin göstərilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsidir. Eləcədə layihə nəhəng turizm istirahət zonalarının yaradılmasına, eyni zamanda da turizm sahəsi ilə bir başa əlaqəli olan kənd təsərrüfatı və digər sahələrin inkişafına təkan verəcək.
Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov: “Necə ki, Türkiyədə antalyada turizm rekreasiya bölgəsi yaradılıb və artıq ora sırf turizm zonası kimi tanınır. O cümlədən də Azərbaycanın bir sıra bölgələrində belə turizm rekreasiya zonaları yaradılacaq. Sevindirici haldır ki, Cənub bölgəsi də bu seçimə düşüb.”
Cənub rekreasiya zonasının yaradılması ilə işlərin yekunlaşmayacağını deyən müsahibimiz uzun illər burada kompleks işlər görüləcəyini qeyd edib. Artıq investorların cəlb olunması üçün işlərə başlanılıb. 2018-ci ilin iyul ayında bölgədə Qafqazda ən böyük müalicəvi istirahət zonasının istifadəyə verilməsi bu işlərin davamı olacaq.
© ARB
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 11 d. əvvəl
- 14 d. əvvəl
-
14 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib






















