“Caspian European Club”un İdarə Heyətinə seçkilər keçiriləcək
“Caspian European Club” və “Caspian American Club”un İdarə Heyətinə seçkilər 2017-ci il sentyabrın 20-də keçiriləcək.
Bu barədə “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, hazırda səsvermənin fəal mərhələsi keçirilir. T.Əliyev qeyd edib ki, seçkilərdən əvvəl 2017-ci il mayın 17-dən sentyabrın 20-dək ilkin səsvermə təşkil olunacaq.
Qeydiyyatdan keçmiş hər bir istifadəçi http://caspianenergy.org/vote/index.php/en/vote-ru saytı vasitəsilə biznesin maraqlarını layiqincə təmsil edəcəyinə, dövlət qurumlarının nümayəndələrinə problemləri və sahibkarlara təklifləri çatdıracağına, həmçinin biznes-hökumət dialoqunun daha da inkişafına nail olacağına inandığı namizədə səs verə bilər. Əsas seçkilərdə iştirak etmək hüququ qazanmaq üçün namizədin 1000-dən çox səs toplaması mütləqdir.
Telman Əliyev qeyd edib ki, sentyabrın 20-də onlar tərəfindən təşkil olunacaq Caspian Energy Transport & ICT Forum çərçivəsində Caspian European Club-un üzvləri ilkin səsverməni keçmiş namizədlər arasından İdarə heyətinin üzvlərini seçə bilərlər. “Seçkilərin nəticəsi elə həmin gün ənənəvi CEO Lunch-da elan ediləcək”, - deyə o bildirib.
Onun sözlərinə görə, seçkilər hər il İdarə Heyətinin yeni tərkibini seçmək məqsədilə təşkil olunur. Namizədlər şirkət rəhbərləri, sahə klublarının prezidentləri, Caspian European Club və Caspian American Club-un komitə rəhbərləri arasından seçiləcək. Telman Əliyev bütün sahibkarları ilkin səsvermədə fəal iştirak etməyə səsləyib.
O əlavə edib ki, Klubun tərkibində Caspian European Club və Caspian American Club-un İdarə Heyətinin cəmi 12 üzvü yer ala bilər. Əvvəlki seçkilər ötən il iyunun 13-dən sentyabrın 13-dək keçirilib. 2016-cı il oktyabrın 5-də isə İdarə Heyətinin yeni tərkibinin birinci iclası təşkil olunub.
Telman Əliyev qeyd edib ki, www.caspianenergy.tv saytında Caspian European Club və Caspian American Club-un İdarə Heyətinə namizədlərin video müraciətləri yerləşdirilib.
"Tərəfimizdən ilkin internet səsverməsi prosesinə bir neçə qanunsuz müdaxilə cəhdinin qarşısı alınıb. Səsvermənin nəticəsini dəyişməyə yönəlmiş istənilən cəhd obyektiv səsverməyə riayət məqsədilə müxtəlif İKT şirkətlərindən cəlb edilmiş İT mütəxəssislər qrupu tərəfindən zərərsizləşdiriləcək", - deyə Telman Əliyev çıxışına yekun vurub.
Əlavə məlumat üçün:
E-mail: [email protected]; [email protected]
URL: www.caspianenergy.net;
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 27 d. əvvəl
- 34 d. əvvəl
-
- 13 saat əvvəl
-
14 saat əvvəl
İstilik enerjisinin maya dəyəri əhali tarifini 2 dəfədən çox üstələyib
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mirzoyan: Azərbaycan və Türkiyə prezidentləri İrəvana dəvət olunublar
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan Futbolunda yenilik – Yeni sponsorluq müqaviləsi imzalandı
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Amazon 30 minədək iş yerini ixtisar etməyi planlaşdırır
Qızılın qiyməti 4 min dollardan da aşağı düşdü
49 və 515 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarıldı
Azərbaycan Təbrizə yeni baş konsul təyin etdi
Azərbaycan Futbolunda yenilik – Yeni sponsorluq müqaviləsi imzalandı
Ən çox oxunanlar
"Azəristiliktəchizat"da nöqsanlar aşkarlanıb
"AFB BANK"ın istiqrazlarını 80 investor əldə etdi
Toyota-nın satışlarında rekord
"Arazdəyən–Sədərək ərazisi də açılmalıdır"
“Nar”a yeni baş icraçı direktor təyin olundu
Azərbaycan Rusiyadan qoyun ətinin alışını artırıb













.jpg)
.jpg)








.jpg)



