“PAŞA Bank” “mPOS” məhsuluna endirim kampaniyası elan edir
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” mobil POS-terminal məhsulu “mPOS” üçün 31 yanvar 2025-ci il tarixinədək endirim kampaniyası elan edir.
Kampaniya çərçivəsində “Mastercard” kartları ilə qəbul edilən ödənişlərə görə “mPOS” istifadə edən sahibkarlar komissiya ödəməyəcəklər.
“mPOS” məhsulu Android əsaslı smartfonları POS-terminala çevirərək sahibkarlara nağdsız ödənişləri asanlıqla qəbul etmək imkanı yaradır. Sahibkarlar depozit və dövriyyə tələbi olmadan “mPOS” – mobil POS-terminal məhsulundan istifadə edərək təmassız ödənişləri telefonları ilə qəbul edə bilərlər.
Xüsusi təklifdən yararlanmaq üçün sahibkarlar “mPOS”-u “PAŞA Bank Biznes” paltformalarından sifariş edə, 31 yanvaradək “Mastercard” kartları ilə ödənişləri 0% komissiya ilə qəbul edə bilərlər.
Daha ətraflı məlumat üçün linkə keçid edin: https://pshb.az/mPOS-etrafli
“PAŞA Bank” Azərbaycanın aparıcı korporativ maliyyə institutu olaraq, müştərilərə innovativ bank xidmətləri təqdim etməyə davam edir. Xatırladaq ki, “PAŞA Bank” kiçik və orta sahibkarlıq seqmentinin inkişafına verdiyi dəstəyə görə nüfuzlu beynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görülüb.
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 7 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub




















