Beynəlxalq maliyyə qurumu Azərbaycan bankına 3 illik müddətə 7,5 milyon kredit ayıracaq
Bank Respublika və EBRD COP29 çərçivəsində yaşıl kredit sazişi imzalayıb. Beynəlxalq maliyyə qurumu Bank Respublika üçün 3 illik müddətə 7,5 milyon ABŞ dolları məbləğində sintetik kredit ayıracaq. Bank "yaşıl" kredit götürən sahibkarlara keşbek verəcək!
Azərbaycanın ən böyük kommersiya banklarından biri olan Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanda yaşıl layihələrin maliyyələşdirilməsi üçün kredit sazişi imzalayıblar.
Kredit, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Kiçik və Orta Biznesin (KOB) Şərqi Tərəfdaşlıq ölkələrində rəqabət qabiliyyətinin və inkluzivliyinin artırılması proqramı çərçivəsində təqdim olunub.
Sazişə əsasən, beynəlxalq maliyyə qurumu Bank Respublika üçün 3 illik müddətə 7,5 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) sintetik kredit ayıracaq. Kredit vəsaitləri ekoloji təmiz texnologiyalar və istehsal üsullarını tətbiq edən kiçik və orta müəssisələrin dəstəklənməsi üçün istifadə ediləcək.
Qeyd edək ki, saziş çərçivəsində, Bank tərəfindən ayrılan kredit vəsaitlərini enerji səmərəliliyinin artırılmasına sərf edən və yaşıl texnologiyalardan istifadə edən sahibkarlara 10%-15% həcmində keşbek təqdim edəcək.
“Mikro, kiçik və orta sahibkarlıq iş yerləri yaratmaq və iqtisadi artımı təmin etmək potensialına malikdir və buna görə də bu kredit mühüm bir nailiyyətdir. Avropa İttifaqı biznesin dəstəklənməsinə böyük diqqət yetirir – bu, Azərbaycan üçün nəzərdə tutulmuş Avropa İttifaqının İqtisadi və İnvestisiya Planının əsas hissəsidir” deyə Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Peter Michalko qeyd edib.
“Bakıda COP29-da olmaqdan və Avropa İttifaqı və etibarlı tərəfdaşımız Bank Respublika ilə birlikdə kiçik və orta sahibkarlığı dəstəkləməkdən məmnunam. Birlikdə Azərbaycan üçün dayanıqlı və inklüziv iqtisadiyyatın əsaslarını gücləndiririk” deyə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Maliyyə Təşkilatları üzrə İdarəedici Direktoru Francis Malige qeyd edib.
"Bank Respublika son iki ildə EBRD tərəfindən Azərbaycanda ticarətin maliyyələşdirilməsi sahəsində ən yaxşı tərəfdaş seçilmişdir və biz bu sazişi bağlamaqla yaşıl texnologiyalar sahəsində də əməkdaşlıq etməyə başlamaqdan olduqca məmnunuq. Bu sazişin ölkəmizdə uğurla keçirilən qlobal tədbir olan COP29 çərçivəsində bağlanması isə, bizim üçün xüsusilə xoşdur. Cəlb edilən əvvəlki vəsaitlər kimi, bu kreditlər də Azərbaycanda sahibkarlığın dəstəklənməsinə, onların ekoloji təmiz texnologiyalar istifadə etməklə bizneslərini inkişaf etdirilməsinə yönəldiləcək. Biz aparıcı dünya maliyyə təşkilatı və eyni zamanda yaşıl iqtisadiyyatın maliyyələşdiirlməsi sahəsində qlobal liderlərdən biri olan EBRD ilə olan tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk və göstərdiyi dəstəyə görə təşəkkür edirik." – deyə «Bank Respublika»nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
4 d. əvvəl
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu "Eldik Bank" ilə memorandum imzalayıb
-
-
11 d. əvvəl
Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
- 19 d. əvvəl
- 25 d. əvvəl
-
46 d. əvvəl
Türkiyənin daha bir restoranlar şəbəkəsi Azərbaycan bazarına daxil olub
-
50 d. əvvəl
Azərbaycan və Avropa İttifaqı yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar
-
1 saat əvvəl
"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir
- 1 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Son Xəbərlər

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib

Yaponya Mərkəzi Bankı faizini sabit saxladı

Rəsmi məzənnələr açıqlandı

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmir işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ
Ən çox oxunanlar

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank 96 ədəd RAM alır
