Vergi bəyannamələrinin vaxtında təqdim edilməsi qanunvericiliyin tələbi və sosial məsuliyyətidir
Dövlət Vergi Xidmətinin məlumatı:
Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilən bu məqam vergi ödəməyin əhəmiyyətinə diqqəti çəkir. Çünki ödədiyimiz vergilər dövlət büdcəsinin artmasına, iqtisadi inkişafa və sosial rifahımızın yüksəlməsinə birbaşa təsir edir. Azərbaycanın vergi sistemində aparılan islahatlar dünyanın qabaqcıl vergi sistemlərində tətbiq edilən təcrübələri yerli biznes mühiti ilə uzlaşdırmaqla vergi ödəyiciləri üçün əlverişli vergi inzibatçılığı formalaşdırıb. Vergi ödəyicilərinin sayında müşahidə edilən davamlı artım, vergi daxilolmaları üzrə dinamika və yerli vergi sisteminə beynəlxalq etimadın artmasını nümayiş etdirən qlobal reytinqlər vergi inzibatçılığının inkişafını səciyyələndirən indikatorlardır. Yerli vergi sistemində şəffaflığın, hesabatlılığın və çevikliyin təmin edilməsi üçün müxtəlif xidmətlər və alətlər istifadəyə verilir. Bu xüsusda, ölkəmizdə vergitutmanın ən optimal medotları tətbiq edilir.
Ölkəmizdə vergitutmanın formaları
Vergi Məcəlləsinə əsasən vergitutma 3 formada həyata keçirilir. Bilavasitə mənbədən vergitutma metodunda verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması, bəyannamə üzrə üsulda verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması, bildiriş üzrə dedikdə isə vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi nəzərdə tutulur. Azərbaycanda vergi ödəyicilərinin əksəriyyəti öz öhdəliklərini yerinə yetirərkən vergitutmanın formaları arasında vergi bəyannaməsinin təqdim edilməsi metodundan istifadə edilər. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası Vergi Məcəlləsi ilə tənzimlənir. Burada bəyannamələrin təqdim edilməsi ilə bağlı müddətlər və digər qaydalar öz əksini tapıb. Vergi ödəyiciləri bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamanı aparmalı və vergini ödəməlidirlər. Əks təqdirdə qanunverciliklə müəyyənləşmiş cərimə və sanksiyalara məruz qala bilərlər.
Ölkəmizdə vergi bəyannamələrini elektron formada da təqdim etmək mümkündür. Vergi sisteminin vergi ödəyicilərinin tələblərə uyğunlaşdırılması istiqamətində inkişaf prioritetlərinə uyğun olaraq bəzi bəyannamələrin sadələşdirilməsi və optimallaşdırılması da həyata keçirilir. Bu istiqamətdə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə” təkmilləşdirilməsi istiqamətində müvafiq işlər aparılıb və sadələşdirilmiş vahid bəyannamə forması hazırlanıb. Bu, vergi ödəyicilərinin inzibati yükünü azaltmaqla yanaşı, mikro və kiçik sahibkarlıq subyektlərinin xidmət mərkəzlərinə müraciət etmədən bəyannanmənin rahat şəkildə təqdim olunmasına imkan verir. Hazırda isə digər bəyannamələrin əvvəlcədən doldurulması (prifiling) sisteminin tətbiqi imkanları araşdırılır. Bütün bunlar vergi orqanlarının vergi ödəyiciləri üçün əlverişli fəaliyyət imkanlarının yaradılmasına xidmət edir. Başqa sözlə ifadə etsək vergi orqanı vergi ödəyicilərinin öhdəliklərini yerinə yetirmələri üçün əlverişli şərtlər yaratmaqla partnyor rolunda çıxış edir.
İntizamlı vergi ödəyicisi olmaq biznesin sosial məsuliyyətidir
Vergi ödəyicilərinin işini asanlaşdıran islahatlar biznes mühitində qarşılıqlı etimad mühitini formalaşdırır. Vergi xidmətlərinin genişləndiyi bu əlverişli ekosistemdə vergi ödəyicilərinin də öz öhdəlikləri var. Bu öhdəlik qanun çərçivəsində fəaliyyəti dəstəkləmək və hesabatlılığı təmin etməkdir. Vergi bəyannaməsinin vaxtında təqdim edilməsi vergi orqanları və vergi ödəyiciləri üçün eyni əhəmiyyəti daşıyır. Bəyannamələrinin vaxtında təqdim edilməsi qanunvericiliyin tələbi olsa da bu, həm də sosial məsuliyyətdir. Bu proses vergi ödəyicisinin qanunlara əməl etməsinin, şəffaflığa töhfə verməsinin və hesabatlılığın təmin edilməsində fəal iştirakının göstəricisidir. Bu öhdəliyinin yerinə yetirilməsi biznes mühitində intizamlı vərdişləri artırır. Qanuna riayət etmək, vergi bəyannamələrini vaxtında və düzgün təqdim etmək biznesin məsuliyyətli olduğunu nümayiş etdirir. Bu məqam potensial müştərilər, tərəfdaşlar və tənzimləyici orqanlar qarşısında biznesin nüfuzunu artırır. Eyni zamanda maliyyə əməliyyatlarında şəffaflığı əks etdirməklə, etimadı və maraqlı tərəflərlə münasibətləri gücləndirir.
Müştərilərin xəbərləri
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
28 d. əvvəl
Müntəzəm marşrutlar üzrə işləyən avtomobillərin yürüşünə limit qoyuldu
-
- 34 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Naxçıvanda 123 layihə üçün 12 milyon manat güzəştli kredit ayrılıb
-
2 saat əvvəl
Bitcoin-in qiyməti ötən ilin sonundakı səviyyəsindən də aşağı düşdü
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
2 gün əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bu peşə sahiblərinə KOMİSSİYASIZ KREDİT – XÜSUSİ TƏKLİF
Çin dövlətindən "boz diler"lərə zərbə
Bitcoin-in qiyməti ötən ilin sonundakı səviyyəsindən də aşağı düşdü
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Ən çox oxunanlar
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycan neftinin son qiyməti
Bank Qarabağda ilk filialını açdı
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb


















.jpg)




.jpg)


