Sığorta şirkətləri adından partlayışla bağlı açıqlama
3 dekabr tarixdə yaşayış mənzillərində baş vermiş partlayışla bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasının rəsmi açıqlaması:
Məlum olduğu kimi, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə və Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində partlayış baş verib. Partlayışlar nəticəsində müvafiq əmlaklarda ciddi zərər meydana gəlib.
Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq bildirmək istəyirik ki, müvafiq partlayış hadisələri sığorta hadisəsi hesab edilir. Müvafiq əmlakların sığortası varsa, həmin əmlakların sahibləri sığortalandıqları sığorta şirkətlərinə müraciət edə bilərlər. Nəticədə müvafiq hadisə sığorta hadisəsi kimi tanındıqdan sonra ödəniş əldə edə bilərlər.
Qeyd edək ki, Daşınmaz əmlakın icbari sığortası respublika ərazisində məcburidir və bu sığorta növü üzrə proseslər 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Məlumat üçün bildirək ki, müvafiq qanunvericiliyə əsasən respublika ərazisində yerləşən yaşayış əmlakları 3 qrup üzrə sığortalanır. Belə ki, Bakı şəhərindən yerləşən yaşayış əmlakları üzrə sığorta haqqı 50 manat, sığorta təminatı isə 25 min manata qədər, Gəncə, Sumqayıt, Naxçıvan şəhərlərində yerləşən yaşayış əmlakları üzrə sığorta haqqı 40 manat, sığorta təminatı 20 min manata qədər, respublikamızın digər ərazilərində yerləşən yaşayış əmlakları üzrə isə sığorta haqqı 30 manat, sığorta təminatı 15 min manat qədər təşkil edir.
Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq vətəndaşlarımıza bildirmək istəyirik ki, bu kimi hadisələr gözlənilməzdir və qaçılmazdır. Məhz buna görə də bütün daşınmaz əmlak sahiblərini vaxtında sığortalanmağa çağırırıq.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti














.jpg)






