2025-ci ildə qızılın qiyməti üzrə yeni proqnoz
ING tərəfindən dərc edilən hesabatda ABŞ və Çin arasında ticarət gərginliyinin ümumiyyətlə əmtəə qiymətlərini aşağı salacağı, lakin qızılın digər əmtəələrdən fərqli olaraq yüksəliş tendensiyası olacağı proqnozlaşdırılıb. Bank 2025-ci ildə qızılın unsiyasının orta qiymətinin 2 min 760 dollar olacağını nəzərdə tutur.
Hollandiyanın iri bankı ING, ABŞ və Çin arasındakı gərginliyin gələn il enerji və əmtəə bazarlarına təsir göstərəcəyini, qızıl üçün perspektivin parlaq olduğunu bildirib.
Marja xəbər verir ki, ING-nin 2025-ci il proqnoz hesabatında, Donald Trampın ticarət tərəfdaşlarına tariflər tətbiq etmə planı və Çinin mümkün cavab tədbirləri kimi hadisələr nəticəsində neft, metal və kənd təsərrüfatı da daxil olmaqla əmtəə bazarlarında sürətli hərəkətlərin müşahidə oluna biləcəyini proqnozlaşdırılıb.
Hesabatda, ticarət gərginliyinin artması potensialının aşağı yönlü risk olduğu qeyd edilib.
ING, qızılın bu il də geosiyasi narahatlıqlar səbəbiylə ardıcıl rekordlar qırmaq silsiləsini davam etdirəcəyini və qiymətlərin 2025-ci ildə orta hesabla 2 min 760 dollara yüksələcəyini bildirib.
Hesabata görə, qızıl alışlarının əksəriyyəti xarici ehtiyatlarını diversifikasiya etmək istəyən mərkəzi banklardan olacaq. Artan ticarət və geosiyasi gərginlik qızılın təhlükəsiz "liman" cəlbediciliyini artıra bilər.
Xam neftin ucuzlaşacağı nəzərdə tutulur
Hesabata görə, Trampın ABŞ-ın neft hasilatında böyük irəliləyiş əldə edəcəyi ehtimalı mümkün olmasa da, xam neft OPEC-dən kənar güclü hasilat artımının təzyiqi altında qalacaq. ING gələn il Brent neftinin orta hesabla 71 dollar/barelə düşəcəyini proqnozlaşdırır.
Qeyd edilib ki, ABŞ-ın yeni LNG ixrac müəssisələri Avropaya Rusiya tədarükünü daha asan kompensasiya etməyə imkan verəcək və bu, normal qış fərziyyəsi ilə regionda təbii qaz qiymətlərinin aşağı düşməsinə səbəb olacaq.
“Mis ucuzlaşacaq”
ING-nin hesabatına görə, 2025-ci ildə misin tonunun qiymətinin orta hesabla 8900 dollara çatacağı gözlənilir. Hava ilə bağlı narahatlıqlar kənd təsərrüfatı mallarına təsir etməkdə davam edəcəkdir.
Kakao və qəhvə qiymətlərinin gələn il daha da dəyişəcəyi gözlənilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
9 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
9 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
9 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 10 saat əvvəl
-
10 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
10 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 11 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
