Temperatur 5-10 dərəcə enəcək, qar yağacaq, yollar buz bağalayacaq - XƏBƏRDARLIQ
Hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ölkə ərazisində havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında dekabrın 12-si axşamdan 13-ü səhərədək arabir yağış yağacağı, 14-də isə yağışın yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir. Yağıntıların yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında da dekabrın 12-si günün ikinci yarısından Şimal və Qərb rayonlarından başlayaraq bəzi ərazilərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur.
Dekabrın 13-ü gündüz yağıntıda fasilə yaransa da, qeyri-sabit, yağıntılı hava şəraitinin 14-ü gündüzədək davam edəcəyi gözlənilir.
Dekabrın 14-ü və 15-də dağlıq rayonlarda gecə və səhər yolların buz bağlama ehtimalı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 3 d. əvvəl
-
12 d. əvvəl
“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
İrşad-da “Yaşıl Cümə” gəldi – ürəklə seç!
Təkliflərin dəli-dolusu Baku Electronics-də başlayır!
Gümüşün qiyməti 17%-ə yaxın ucuzlaşıb
Azərbaycan şirkəti İraqda tenderlərdə iştirak edir
Ən çox oxunanlar
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb
























