Azərbaycanda İslam qaydalarına uyğun maliyyələşdirmə müqaviləsi imzalandı
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Xətti ilə Rabitəbank tərəfindən verilən ilk kreditin müqaviləsinin imzalanma mərasimi keçirilib19 dekabr 2024-cü il tarixində "Rabitəbank", Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) xətti ilə verilən ilk kreditin müqaviləsini "Alizadeh" MMC ilə imzalayıb.
Bankdan Marja.az-a verilən məlumatda bildirilir ki, bu mühüm addım, həm Azərbaycanda kiçik və orta bizneslərin (KOB) ticarət maliyyələşdirmə ehtiyaclarını qarşılamaq, həm də islam qaydalarına uyğun maliyyə həllərinin inkişafına dəstək olmaq məqsədini daşıyır.
Müqavilənin imzalanma mərasimi "Rabitəbank"ın İdarə Heyətinin sədrinin 1-ci müavini Orhan Gültekinin, həmçinin "Alizadeh" MMC-nin direktoru Kazım Mustafazadənin iştirakı ilə baş tutub.
Mərasimdə çıxış edən Orhan Gültekin qeyd edib ki, “Bu kredit müqaviləsi, yalnız "Rabitəbank"ın fəaliyyətindəki mühüm bir mərhələ deyil, həm də İslam Korporasiyasının (ICD) Azərbaycandakı maliyyə xidmətləri bazarını genişləndirmək məqsədinə xidmət edir. Rabitəbank olaraq, ölkəmizin maliyyə sistemində yeni imkanların yaranmasına dəstək olmağı və yerli sahibkarların inkişafını təmin etməyi öz vəzifəmiz hesab edirik.”
"Alizadeh" MMC-nin direktoru Kazım Mustafazadə, öz çıxışında “Rabitəbank ilə imzalanan bu müqavilənin onların ticarət fəaliyyətlərini və mövqelərini gücləndirəcəyini qeyd edib. Eyni zamanda o vurğulayıb ki, bu imkan yalnız bizim üçün deyil, həm də ölkə iqtisadiyyatının inkişafı üçün çox önəmlidir.”
Qeyd edilib ki, Rabitəbankın Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə əməkdaşlığı, Azərbaycanda İslam qaydalarına uyğun maliyyə həllərinin genişləndirilməsi və yerli müəssisələrin beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması istiqamətində mühüm bir addımdır.
Hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
42 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























