SOCAR istriqrazları yenidən bahalaşır
Azərbaycanda ən çox alınıb-satılan qiymətli kağızların - SOCAR istiqrazlarının qiyməti yenidən yüksəlib.
İstiqrazların təkrar bazarı üzrə market-meyker "PSG Kapital" şirkətindən verilən məlumata görə, hazırda SOCAR istiqrazlarını birjada 1005 dollara satmaq, 1007 dollara almaq olar.
"PSG Kapital" şirkətindən bildirilib ki, qiymət artımının səbəbi əhalinin istiqrazların xüsusiyyətləri barədə məlumatının artması və istiqrazlara tələbatın böyüməsidir. Likvidliyi, yəni dərhal pula çevrilmək imkanı, yüksək gəlirliliyi, eləcə də SOCAR-ın geri alma zəmanəti istiqrazları cəlbedici yatırım vasitəsinə çevirib. Nəticədə bu qiyməti kağızları almaq istəyən fiziki və hüquqi şəxslərin sayı artır. Xüsusilə hüquqi şəxslər tərəfindən istiqraz almaq üçün müraciətlər çoxalmaqdadır.
Məhz buna görə, son vaxtlar təkrar bazarda istiqrazların alqı-satqısı kəskin artıb. Təkcə avqust ayında təkrar bazarda 10 milyon dollardan artıq SOCAR istiqrazı alınıb-satılıb.
Xatırladaq ki, SOCAR İstiqrazları Azərbaycanın fond bazarında hazırda ən çox alınıb-satılan qiymətli kağızlardır. Belə ki, bu ilin ilk 7 ayında birjada 63,2 milyon dollarlıq dollarlıq istiqraz alınıb satılıb ki, bu da həmin dövrdə ümumi istiqraz bazarının 77,3%-i deməkdir.
Ümumilikdə SOCAR istiqrazlarının buraxılmasından keçən müddət ərzində indiyədək 106,2 milyon dollarlıq istiqraz ticarəti edilib. Bu da SOCAR istiqrazlarının emissiya həcmini də üstələyir.
Nominal qiyməti 1000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5% və ya ildə 50 dollar təşkil edir. Faizlər ildə 4 dəfə 3 aydan bir ödənilir. İndiyədək SOCAR istiqrazlarına yatırım edənlər 3 dəfə (17 yanvar, 17 aprel və 17 iyulda) faiz gəliri alıblar. Bu il ərzində növbəti faiz ödənişi oktyabrın 17-də olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)








