Bu gün Türkiyə Mərkəzi Bankı çox mühüm faiz qərarını açıqlayacaq
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) bu gün açıqlayacağı faiz qərarı investorların diqqət mərkəzindədir. TCMB-nin bugünkü iclasında əsas faizinin aşağı salınması prosesində ilk addımı atacağı gözlənilir. Mart ayında 5 bəndlik artımın ardından TCMB faiz dərəcəsini 8 ay ərzində 50 faizdə sabit saxlayıb.
Bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 2024-cü ilin son faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, TCMB-nin əsas faizini (həftəlik repo faizi) 1,50 faiz bəndi azaldaraq 50%-dən 48,50%-ə endirəcəyi gözlənilir. Bank xeyli müddətdir faizini 50% səviyyəsində saxlayır. Əgər faiz endirimi baş verərsə, bu, Türkiyə üçün yeni dövrün başlanğıcı olacaqdır.
"AA Finance"ın sorğusuna qatılan iqtisadçılar TCMB-nin faizini 1,50 faiz bəndi azaldaraq 48,50 faizə endirəcəyini gözləyirlər. İqtisadçıların 2025-ci ilin sonu üşün faizi proqnozları 29,50%-dir.
Bəzi iqtisadçılar TCMB-nin bu gün faizini sabit saxlayacağını gözləyirlər.
Xarici banklar nə deyir?
Qlobal investisiya banklarından "Morgan Stanley" 2 faiz bəndi, "Deutsche Bank" və "JPMorgan" isə 1,50 faiz bəndi endirim gözlədiyi halda, "Goldman Sachs" faiz endirimini gözləmir.
Son günlər TCMB-nin yumuşaq pul siyasətinə başlayacağı gözləntiləri ilə Türkiyə Lirəsi ucuzlaşıb. Dollar/TL əvvəlki həftəni 0,8 yüksələrək 35,2269 səviyyəsində bağlamışdır.
Bakı vaxtı ilə saat 08:20-də Dollar/Türkiyə Lirəsi məzənnəsi 35,27 lirə səviyyələrində olub.
Dollar psixoloji hədd olaraq hesab edilən 35 lirəni keçdiyi gündən davamlı olaraq yeni rekordlar qırır. ABŞ Mərkəzi Bankının (FED) faiz qərarından sonra Dollar/TL məzənnəsinin yüksəlməsi sürətlənib. Dolların məzənnəsinin ilin sonuna kimi 36 lirəyə çatacağı gözlənilir.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı inflyasiyanın yavaşladığını açıqlamışdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
22 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
2 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ilin ilk yarısı: zəifləyən qeyri-neft sektoru hansı siqnalları verir?
- 3 saat əvvəl
-
3 saat əvvəl
İngiltərə Mərkəzi Bankının faiz qərarı bazarların yönünü müəyyənləşdirəcək
- 4 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Sentyabrın 19-da gözlənilən hava şəraiti

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Azərbaycan neftinin son qiyməti

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?

Rəsmi məzənnələr açıqlandı
