Mərkəzi Bank 2025-ci ildə də manatın baha qalacağını gözləyir - BƏYANAT
Beynəlxalq analitik mərkəzlərin ikitərəfli məzənnələr üzrə proqnozları əsasında aparılan son hesablamalara görə, 2025-ci ildə də manatın nominal effektiv məzənnəsi möhkəmlənmə istiqamətində dəyişəcəkdir.
"2025-ci ildə də qiymət sabitliyinin başlıca lövbəri olan manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən ediləcəkdir. Mərkəzi Bankda ARDNF-in valyuta satışlarının həyata keçirilməsi üzrə hərracların keçirilməsi davam etdiriləcəkdir. Əvvəlki illərin təcrübəsinə uyğun olaraq dövlətin valyuta tələbi və təklifinin dəyişimindən asılı olaraq Mərkəzi Bank 2025-ci ildə də valyuta bazarında valyuta satışı və alışları həyata keçirə bilər".
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.
Qeyd edilib ki, 2025-ci ildə də pul siyasətinin ötürücülüyündə məzənnə kanalının başlıca rol oynayacağı gözlənilir. Manatın nominal effektiv məzənnəsi inflyasiya idxalına əhəmiyyətli təsir göstərən amillərdən biri olaraq qalacaqdır. Beynəlxalq analitik mərkəzlərin ikitərəfli məzənnələr üzrə proqnozları əsasında aparılan son hesablamalara görə, 2025-ci ildə də manatın nominal effektiv məzənnəsi möhkəmlənmə istiqamətində dəyişəcəkdir.
Bəyanatda qeyd edilbi ki, 2024-cü ildə illik inflyasiyaya cari ildə bir sıra xarici və daxili amillər təsir etmişdir. Tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın pik səviyyələrlə müqayisədə düşməsi, eləcə də manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsinin davam etməsi inflyasiyaya azaldıcı təsir etmişdir. 2024-cü ilin 11 ayında manatın qeyri-neft ticarət çəkili nominal effektiv məzənnəsi 7,1% bahalaşmışdır. İnflyasiyanın azalmasına hökumətin və Mərkəzi Bankın qiymətlər sabitliyinin təmin edilməsi istiqamətində son illər həyata keçirdiyi siyasət də öz töhfəsini vermişdir.
Nominal effektiv valyuta məzənnəsi – milli valyutanın bir neçə xarici valyutaya nəzərən dəyişməsi indeksi. Bu zaman həmin valyutaların milli valyuta bazarında iştirak səviyyəsi də nəzərə alınır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
2 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
2 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
4 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
4 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
4 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
5 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Ən çox oxunanlar

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
