Tramp neft və qaz quyusu qazma qadağasını ləğv edəcək
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, o, prezident Co Baydenin ölkənin ərazi sularının böyük bir hissəsində tətbiq etdiyi “neft və təbii qaz üçün qazma qadağasını” dərhal aradan qaldıracaq.
Marja xəbər verir ki, Donald Tramp dünən iştirak etdiyi verilişdə Baydenin qadağası ilə bağlı deyib: "Bu, gülüncdür, qadağanı dərhal aradan qaldıracağam. Qadağanı dərhal ləğv etmək hüququm var".
ABŞ-ın heç bir dövlətin olmadığı səviyyədə neft və təbii qaza malik olduğunu qeyd edən Tramp bundan faydalanacaqlarını bildirib.
Tramp, Baydenin 253 milyon hektar ərazidə neft və təbii qaz quyularının qazılmasını qadağan etməyin nə demək olduğunu bilmədiyini qeyd edib.
Dünən ABŞ Prezidenti Co Bayden yeni neft və təbii qaz quyularının qazmalarının qarşısını almaq üçün 2 fərman imzalayıb.
Qadağalar çərçivəsində şərq və qərb sahilləri, Meksika körfəzinin şərqi və Berinq dənizinin bir hissəsi kimi sularda yeni neft və təbii qaz quyularının qazılması işlərinin aparılmayacağını bildirən Bayden, “Bu sahillərdə qazma işləri bizim əhəmiyyət verdiyimiz yerlərə geri dönməz ziyan vura bilər", deyib.
Qadağalar çərçivəsində 253 milyon hektardan çox su sahəsinin qazmadan qorunacağını qeyd edən Bayden, bu qərarın ABŞ-ın iqlim siyasətlərinə uyğun olduğunu vurğulayıb.
Trampın ilk prezidentlik dövründə şirkətlərə bölgənin bəzi ərazilərində neft və qaz axtarışına icazə verilib və bu, ekoloqların reaksiyasına səbəb olub.
ABŞ-ın 47-ci prezidenti seçilən Tramp seçki kampaniyası zamanı enerji hasilatını artırmaq və enerji qiymətlərini aşağı salmaq üçün qazma işlərini təşviq edəcəyini dəfələrlə bəyan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























