Dövlət Neft Fondu valyuta satışının artdığını açıqladı
2024-cü ildə Dövlət Neft Fondu (ARDNF) 7 milyard 128,5 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Bu, 2023-cü illə müqayisədə 2,65 dəfə çoxdur.Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı açıqlama yayıb.
Marja.az xəbər verir ki, Fond tərəfindən 2024-cü ilin dekabr ayı ərzində 634,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin noyabr ayı ərzində 574,6 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, noyabr ayı ilə müqayisədə dekabrda valyuta satışı 59,9 milyon dollar və ya 10,4% artıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin yanvar ayı ərzində 417 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində 920,5 milyon ABŞ dolları məbləğində, mart ayı ərzində 498,3 milyon ABŞ dolları məbləğində, aprel ayı ərzində isə 623,4 milyon ABŞ dolları məbləğində, may ayı ərzində 558,6 milyon ABŞ dolları məbləğində, iyun ayı ərzində 405,6 milyon ABŞ dolları məbləğində, 2024-cü ilin iyul ayı ərzində 826,3 milyon ABŞ dolları məbləğində, avqust ayı ərzində 763 milyon ABŞ dolları məbləğində, sentyabr ayında 732,3 milyon dollar məbləğində, oktyabr ayı ərzində 174,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü il ərzində 7 milyard 128,5 milyon dollar məbləğində valyuta satıb. Bu, 2023-cü illə müqayisədə 2,65 dəfə çoxdur.
Ötən il ARDNF-dən dövlət büdcəsinə transfert 12 milyard 781 milyon manat təşkil etməli idi. Hesabat dövründə Fondun valyuta satışından əldə etdiyi vəsait isə bundan təxminən 662,55 milyon manat az - 12 milyard 118,45 milyon manat olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
34 d. əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 18 saat əvvəl
-
-
18 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)







.jpg)



