Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün ABŞ-da statistik məlumatların, xüsusilə də, Boş İş Yerləri və Vakansiyalar Hesabatının (JOLTS) proqnozların üzərində dərc olunması fonunda dollar major valyutalar qarşısında bahalaşıb. Belə ki, EURUSD valyuta cütlüyü ötən gün ərzində 1.0434 səviyyəsindən 1.0338 səviyyəsinə qədər kəskin ucuzlaşıb. Eyni dövr ərzində GBPUSD cütlüyü isə 1.2575 həddindən 1.2473 həddinə kimi eniş sərgiləyib.
Dolların bahalaşması fonunda qızıl dəyər itirib. Qiymətli metal dünən 2664$ səviyyəsinə qədər bahalaşsa da, sonradan ucuzlaşmağa başlayıb və bugün səhər saatlarında 2646$ səviyyəsinə qədər geriləyib. “Brent” markalı neftin qiyməti isə Amerikanın Neft İnstitutunun kommersiya məqsədli neft ehtiyatları ilə bağlı dərc etdiyi məlumatlar fonunda 77.75$ həddinə qədər bahalaşıb.
“JOLTS” tərəfindən açıqlanan Boş İş Yerləri və Vakansiyalar Hesabatına əsasən, ABŞ-da 8.098 milyon yeni iş yeri açılıb. Analitiklər göstəricinin 7.730 milyon səviyyəsində olacağını proqnozlaşdırmışdılar. Həmçinin, Amerikanın Təchizat İdarəetmə İnstitutunun (İSM) verdiyi məlumatlara görə, ölkənin Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi 52.1 bənd səviyyəsindən 54.1 bənd səviyyəsinə qədər yüksəlib.
Eləcə də, noyabr ayında ABŞ-ın Ticarət Saldosunun kəsiri artıb. Belə ki, göstərici noyabr ayında 73.6 milyard dollardan 78.2 milyard dollara qədər artıb və 2022-ci ilin iyun ayından bəri ən yüksək səviyyəyə yüksəlib. Analitiklər göstəricinin 78.3 milyard dollar səviyyəsinə qədər artacağını proqnozlaşdırmışdılar. Ölkənin idxalı 351.6 milyard dollar, ixracı isə 273.4 milyard dollar təşkil edib.
Əlavə olaraq qeyd etmək lazımdır ki, Avrozonada noyabr ayı ilə müqayisədə dekabr ayında illik inflyasiya 2.2%-dən 2.4%-ə qədər yüksəlib. İstehlak Qiymətlərinin Baza İndeksi illik ifadədə dekabr ayında 2.7% səviyyəsində qalıb və ekspertlərin pronozlarını təkrarlayıb. Aylıq ifadədə isə istehlak qiymətləri noyabr ayı ilə müqayisədə dekabr ayında 0.4% artıb. Həmçinin, Avropa Statistika Agentliyi “Eurostat”-ın hesabatına əsasən, noyabr ayında Avrozonada İşsizlik Səviyyəsi, oktyabr ayında olduğu kimi, 6.3% təşkil edib.
Bugün Bakı vaxtı ilə saat 17:15-də isə ABŞ-da “Automatic Data Processing” (ADP) analitik şirkəti tərəfindən ölkədə Özəl Sektorda Yeni Yaranan İşyerlərinin Sayı açıqlanacaq. İnvestorların diqqət mərkəzində yer alan əsas xəbər isə ABŞ-da “FOMC”-ın son toplantısının dərc olunacaq protokollarıdır.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















