Azərbaycana hava nəqliyyatı ilə səfər edənlərin sayı ötən il 32 % artıb
2024-cü ildə Azərbaycana hava nəqliyyatı ilə 38 ölkədən 3 milyon 523,1 min nəfər səfər edib.
Dövlət Turizm Agentliyinin hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 ölkə (8,5 %) və 801 min nəfər (32,1 %) çoxdur.
Ötən il Azərbaycana ən çox sərnişin Rusiyadan daşınıb - 967,1 min nəfər. Bu da əvvəlki ilə nisbətən 27,7 % artım deməkdir.
Hesabat dövründə Türkiyədən isə Azərbaycana 864 min 463 nəfər səyahət edib ki, bu da illik müqayisədə 19 % çoxdur.
İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 458 min 333 sərnişinlə (+43,5 %) daxil olub.
Siyahıda daha sonra Gürcüstan (228,7 min sərnişin, +29 %), Səudiyyə Ərəbistanı (115,6 min sərnişin, +7,5 %), Hindistan (109,6 min sərnişin,+3,4 dəfə) Qazaxıstan (108,9 min sərnişin, +27,9 %), İtaliya (61,8 min sərnişin, +79,5 %), Qətər 58,5 min sərnişin, +71,2 %) və Özbəkistan (56,5 min sərnişin, -15,6 %) qərarlaşıb.
İlk onluğa Hindistan və Qətərin daxil olması ilə Küveytlə (48,9 min sərnişin, +15,6 %) İsrail (47,5 min sərnişin, +23,1 %) TOP-10-dan çıxıb.
Təkcə ötən ilin dekabr ayında isə Azərbaycana hava nəqliyyatı ilə 291,2 min sərnişin daşınıb. Bu, əvvəlki ilin eyni ayına nisbətən 22,9 % çoxdur.
O cümlədən, ötən ay Rusiyadan 74 min 909 sərnişin daşınıb ki, bu da illik müqayisədə 18,2 % çoxdur.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
19 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















