Brent markalı neftin qiyməti son 4 ayın ən yüksək səviyyəsinə çatıb
ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyalardan sonra neft daha da bahalaşıb.Neft qiymətləri bazar ertəsi ardıcıl üçüncü sessiyada bahalaşaraq son dörd ayın ən yüksək səviyyəsinə çatıb, Brent markalı neftin bir barelinin qiyməti 81 dollardan yuxarı qalxıb.
Marja xəbər verir ki, qiymət artımına Rusiyanın Çin və Hindistana neft ixracına mənfi təsir edəcəyi gözlənilən ABŞ-ın daha geniş sanksiyaları səbəb olub.
Bakı vaxtı ilə saat 10:40-a olan məlumata görə, Brent markalı neftin fyuçersləri 1,47 dollar (1,84 faiz) artaraq 81,23 dollar/barelə bərabər olub. Qiymətlər avqustun 27-dən bəri ən yüksək həddə çataraq 81,49 dolları görüb. ABŞ-ın West Texas Intermediate markalı xam nefti (WTI) 1,55 dollar (2,02 faiz) bahalaşaraq oktyabrın 8-dən bəri ən yüksək həddə - 78,39 dollara çatıb.
İlin əvvəlindən bəri 6 faiz bahalaşıb
Brent və WTI neftin qiymətləri yanvarın 8-dən etibarən 6 faizdən çox artıb. Cümə günü ABŞ Maliyyə Nazirliyinin Rusiya neftinə qarşı daha əhatəli sanksiyalar elan etməsi qiymət artımına təkan verib. Yeni sanksiyalar Rusiya hasilatçıları “Qazprom Neft” və “Surqutneftegas”ı, həmçinin Rusiya neftini daşıyan 183 gəmini hədəf alıb. Bu addım Moskvanın Ukraynadakı müharibəsini maliyyələşdirmək üçün istifadə etdiyi gəlirləri məhdudlaşdırmaq məqsədi daşıyır.
Ekspertlər yeni sanksiyaların Rusiyanın neft ixracına ciddi təsir edəcəyini, bunun da Çin və Hindistan kimi dünyanın ən böyük neft idxalçılarının Yaxın Şərq, Afrika və Amerika kimi digər mənbələrdən neft tədarük etməsinə səbəb olacağını bildiriblər. Bu da, qiymətlərin və nəqliyyat xərclərinin artmasına səbəb olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
11 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















