Avro/dollar son 26 ayın ən aşağı səviyyəsində! - DOLLAR BAHALAŞIR, AVRO UCUZLAŞIR
Dolların bahalaşması davam edir. Avro dollar qarşısında 1,0208 səviyyəsinə düşüb, bu, 2022-ci il noyabrın 11-dən bəri ən aşağı səviyyədir.ABŞ iqtisadiyyatının digər iqtisadiyyatlardan daha güclü olduğunu göstərən qeyri-kənd təsərrüfatı məşğulluğu məlumatlarından sonra dolların bahalaşması davam edir.
Marja.az xəbər verir ki, dolları 6 əsas valyutaya nisbətdə ölçən dollar indeksi 0,22 faiz artaraq 109,91-ə yüksələrək 2022-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə yaxınlaşıb.
Avro dollar qarşısında 1,0208 səviyyəsini görərək 11 noyabr 2022-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
Sterlinq borclanma xərclərinin artması və Böyük Britaniyanın maliyyə vəziyyəti ilə bağlı davam edən narahatlıqlar səbəbindən dollar qarşısında 1,2138-ədək olmaqla 14 ayın ən aşağı səviyyəsinə düşüb.
Digər tərəfdən, dollar yen qarşısında 0,18 faiz ucuzlaşaraq 157,4 səviyyəsində ticarət edilib. Yaponiya Mərkəzi Bankı (BOJ) rəsmilərinin bu ay keçiriləcək iclasda inflyasiya proqnozlarını artıra biləcəkləri və bunun faiz dərəcələrinin yenidən yüksəldilməsinə zəmin yarada biləcəyi barədə xəbərlərdən sonra yenin ucuzlaşması dayanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 d. əvvəl
-
-
11 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 38 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
2 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
-
2 saat əvvəl
Gəncə Cümə məscidində təmir-bərpa işləri üçün 1,6 milyon manat ayrıldı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib




















