Dünyada elektrikli avtomobil satışı 2024-cü ildə 17 milyonu keçərək rekord qırıb
Keçən il Dünyada elektrikli avtomobil satışı rekord səviyyəyə - 17,1 milyon ədəd çatıb. Dünya üzrə 17,1 milyon ədəd elektrik avtomobilindən 11 milyonu Çində, 3 milyonu Avropada, 1,8 milyonu isə ABŞ və Kanada bazarlarında satılıb.Böyük Britaniyada yerləşən "Rho Motion" tədqiqat şirkəti tərəfindən açıqlanan 2024-cü il üçün elektrikli avtomobil satışlarına dair məlumatlara görə, qlobal elektrikli avtomobil satışları keçən il 2023-cü illə müqayisədə 25 faiz artıb.
Marja xəbər verir ki, bu artımla 2024-cü ildə dünyada 17,1 milyon ədəd elektrikli avtomobil satışı ilə rekord qırılıb.
Avropa bazarında elektrikli avtomobil satışı keçən il 2023-cü ilə nisbətən 3 faiz azalaraq 3 milyon ədədə düşüb. Avropada İngiltərə bazarı 400 mindən çox satışla ən yüksək elektrikli avtomobil satışına sahib olub və ilin sonuna doğru Almaniyadakı satışı geridə qoyub. Almaniyada 2023-cü ilin sonlarına doğru elektrikli avtomobil subsidiyalarının ləğvindən sonra 2024-cü ildə satışlarda azalma olub.
ABŞ və Kanadada satışlar 9 faiz artıb
Eyni dövrdə elektrikli avtomobillərə tətbiq edilən vergi endirimlərinin təsiri ilə ABŞ və Kanada bazarlarında satışlar 9% artaraq 1,8 milyon ədəd çatıb.
Elektrikli avtomobil satışlarının yarıdan çoxu Çindədir
Ötən il Çində satışlar illik müqayisədə 40 faiz artaraq 11 milyon ədədə çatıb. Belə ki, ötən il Dünya üzrə elektrikli avtomobil satışının yarıdan çoxu Çinin payına düşüb. BYD modelləri 2024-cü ildə ölkədə elektrikli avtomobil satışlarının üçdə birindən çoxunu təşkil edib və bu, onu ən çox satılan elektrikli avtomobil markası edib.
Keçən il Dünyada elektriklə işləyən avtomobil satışları ümumilikdə 17,1 milyon ədəd olub ki, bunun da 11 milyonu Çində, 3 milyonu Avropada, 1,8 milyonu ABŞ və Kanada bazarlarında, 1,3 milyonu isə dünyanın qalan hissəsində olub.
Dünyanın digər yerlərində 1,3 milyonluq satış həcmi 2023-cü ilə nisbətən 27 faiz artıb.
"Rho Motion" qiymətləndirməsində, 2023-cü ildə elektrikli avtomobil satışlarında rekorddan sonra, 2024-cü ildə əks küləklərin olduğu lakin optimist atmosferin davam etdiyo qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 6 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























