Azərbaycanda dəniz suyundan içməli su istehsalı zavodunu bu şirkətlər tikəcək - ADLARI AÇIQLANDI
Azərbaycanda Dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə müsabiqənin nəticələri məlum oldu. “ACWA Power” şirkətinin rəhbərlik etdiyi Konsorsiumun təklifi müsabiqə üzrə 1-ci yeri tutub. Konsorsiumun digər üzvü Türkiyənin “IC İÇTAŞ İNŞAAT SANAYİ VE TİCARET A.Ş.” şirkətidir. Konsorsium tərəfindən qoyulacaq investisiya hesabına Sumqayıt Kimya Sənaye Parkında günlük istehsal gücü 300 min m³ su olan zavodun tikintisi planlaşdırılır. Müəssisənin 2,5 il ərzində tikilməsi nəzərdə tutulur.Dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin reallaşdırılması üçün elan edilmiş müsabiqənin nəticələrinə görə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin rəhbərlik etdiyi Konsorsium 1-ci yeri tutub.
Bu barədə Marja-ya İqtisadiyyat Nazirliyindən bildirilib.
Qeyd edilib ki, su ehtiyatlarından istifadənin yaxşılaşdırılması, içməli su təchizatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb olunması sosial-iqtisadi inkişafda önəm kəsb edir.
Bu məqsədlərdən irəli gələrək Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı sahəsində ilk pilot layihə həyata keçirilir. İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin reallaşdırılması üçün 8 fevral 2024-cü ildə elan edilmiş müsabiqənin nəticələri məlum olub.
Müsabiqəyə təqdim olunmuş təkliflərin texniki və maliyyə qiymətləndirilməsinin nəticələrinə görə, “ACWA Power” şirkətinin rəhbərlik etdiyi Konsorsiumun təklifi müsabiqə üzrə 1-ci yeri tutub.
Müsabiqədə 2-ci və 3-cü sıralarda isə müvafiq olaraq İsrailin “IDE Water Assets Ltd” və Birləşmiş Ərəb Əmirliklərinin “Metito Utilities Limited” şirkətləri yer alıb.
Layihə çərçivəsində konsorsium tərəfindən qoyulacaq investisiya hesabına Sumqayıt Kimya Sənaye Parkında günlük istehsal gücü 300 min m³ su olan zavodun tikintisi planlaşdırılır. Müəssisənin 2,5 il ərzində tikilməsi nəzərdə tutulur. Müqaviləyə əsasən layihənin müddəti 27,5 ildir. Belə ki, konsorsium layihəni bu müddətdə idarə etdikdən sonra müəssisə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin idarəetməsinə keçəcək.
Layihə Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək, içməli su təchizatı sahəsində beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq və xarici sərmayə cəlbi baxımından mühüm töhfədir.
Qeyd edək ki, müsabiqədə “ACWA Power” şirkətinin rəhbərlik etdiyi Konsorsiumun digər üzvü Türkiyənin “IC İÇTAŞ İNŞAAT SANAYİ VE TİCARET A.Ş.” şirkətidir.
Qeyd: Səudiyyə Ərəbistanının 2004-cü ildə təsis edilmiş “ACWA Power” şirkəti, suyun duzsuzlaşdırılması və yaşıl hidrogen sahələrində qabaqcıl özəl şirkətlərdən biridir. Şirkət 13 ölkədə - Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyada fəaliyyət göstərir və 4 mindən çox işçi heyətinə sahibdir.
“ACWA Power”in portfeli istismarda olan, inkişaf etdirilən və tikilməkdə olan 94 layihədən ibarətdir. Bu layihələrin sərmayə dəyəri 97 milyard ABŞ dolları təşkil edir və şirkət 69 GVt enerji istehsalı və gündəlik 8 milyon m³ suyun duzsuzlaşdırılması gücünə malikdir.
Genişmiqyaslı layihələrdə 50 ildən çox təcrübəyə malik olan Türkiyənin tanınmış şirkəti olan “IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” sənaye, infrastruktur, investisiya, enerji istehsalı və paylanması, turizm və s. sahələrdə fəaliyyət göstərir və 20 mindən çox işçisi var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
Ötən il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən il 3,6 milyard dollar qazanc gətirib
-
-
24 d. əvvəl
Ötən il Azərbaycan Dəmir Yolları 10 milyondan çox sərnişin daşıyıb - 20 FAİZ ARTIM
-
31 d. əvvəl
Stomatoloqların kütləvi etirazı: TƏBİB 1140 həkimi ixtisar etmək istəyir
-
38 d. əvvəl
Google-dan tarixi dəyişiklik: Gmail-də 20 ilin ən böyük yeniliyi
- 48 d. əvvəl
-
54 d. əvvəl
BYD-dən taksi operatorları və avtomobil parklae üçün yeni marka: Linhui
-
58 d. əvvəl
ING: AMB 2026-cı ilin I rübündə uçot dərəcəsini 6,75 % saxlayacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bayram möcüzəsini paylaşdıq: “Soyuq Əllər, İsti Ürək” yarmarkasında “Coca Cola” ilə unudulmaz anlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Google-dan tarixi dəyişiklik: Gmail-də 20 ilin ən böyük yeniliyi
ING: AMB 2026-cı ilin I rübündə uçot dərəcəsini 6,75 % saxlayacaq
Bank aviabilet alışı üzrə tender elan edir
Ən çox oxunanlar
Aktiv ƏDV ödəyicilərinin sayı 10 faizdən çox artıb
Bayram möcüzəsini paylaşdıq: “Soyuq Əllər, İsti Ürək” yarmarkasında “Coca Cola” ilə unudulmaz anlar
Əmək müqavilələrinin sayı artır
Böyük bankdan qızılın qiymətilə bağlı proqnoz: 5 min dollar üçün tarix verdi və investorlara xəbərdarlıq etdi
Azərbaycan neftinin son qiyməti











.jpg)












