ABŞ-dan Çinə 10 faizlik əlavə gömrük rüsumu
ABŞ prezidenti Donald Tramp administrasiyasının Çinə əlavə 10 faiz gömrük rüsumunun tətbiqini müzakirə etdiyi və bu verginin fevralın 1-dən qüvvəyə minə biləcəyi məlum olub.
Çərşənbə axşamı günü axşam Ağ Evdə jurnalistlərə Tramp deyib:
"Biz Meksika və Kanadaya fentanil göndərdiyinə görə Çinə 10 faizlik rüsum tətbiq etməyi düşünürük. Biz mümkün tarix olaraq 1 fevralı hədəfləyirik".
Bundan əlavə, Meksika və Kanadaya “təxminən 25 faiz” gömrük tarifi tətbiqinin gündəmdə olduğunu bildirən Tramp, bu addımların ABŞ-ın ticarət balansını qorumaq üçün atıldığını bildirib.
Ötən cümə günü Çin Dövlət Başçısı Xi Jinping ilə telefon danışığı apardığını bildirən Tramp, bu danışıq zamanı iki ölkə arasında fentanil böhranı və ticarət əlaqələrinin müzakirə edildiyini bildirib. Çinin yaydığı açıqlamada, Xinin iqtisadi əlaqələrin hər iki tərəf üçün faydalı olduğunu vurğuladığı və əməkdaşlığa çağırdığı bildirilib.
ABŞ-da yerləşən Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun 17 yanvar hesabatına görə, ABŞ Çinə əlavə 10 faiz gömrük rüsumu tətbiq edərsə və Çin də eyni şəkildə cavab verərsə, bu siyasətlər hər iki ölkənin iqtisadiyyatında ciddi itkilərə səbəb olacaq. Hesabatda Trampın ikinci administrasiyası dövründə ABŞ iqtisadiyyatının ÜDM-nin 55 milyard dollar, Çin iqtisadiyyatının isə 128 milyard dollar azala biləcəyi təxmin edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























