Pulun bir neçə bankda cəmləşməsinin qarşısı alınır - "Banklar depozit sahəsində aktiv rəqabət aparmağa başlayıblar"
"Mərkəzi Bankın yenilənmiş məcburi ehtiyat qaydaları bank sektorunda təmərküzləşməni azaltmaqla bərabər, depozit sahəsində aktiv rəqabətə səbəb olub. Əvvəllər böyük banklarda əmanət faizləri 5-6 faiz, digər banklarda 10-11 faiz aralığında idi. İndi isə bu normalaşıb".
Marja.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Mərkəzi Bankın sədri qeyd edib ki, yenilənmiş məcburi ehtiyat qaydaları iri bankların xərclərini artırır:
"Təmərküzləşmə (cəmlənmə, toplanma, mərkəzləşmə - red) məsələsinə gəldikdə - məcburi ehtiyat qaydalarına baxsaz, orada təmərküzləşmənin aradan qaldırılması üçün normalar yaratmışıq. Hansı bankda həddindən artıq təmərküzləşmə varsa, onlar daha çox məcburi ehtiyatlar yaratmalıdırlar. Hansı bankda təmərküzləşmə var idi - indi onların xərcləri daha çox artır, çünki daha çox məcburi ehtiyatlar saxlamalıdırlar. Bunun nəticəsi olaraq görürük ki, həmin banklarda təmərküzləşmə cüzi də olsa azalmaqdadır.
Həm də böyük, sistem əhəmiyyətli banklar digər banklar ilə öhdəlik tərəfdə rəqabət aparmağa başlayıblar. Böyük banklarda əmanət faizləri 5-6 faiz, digər banklarda 10-11 faiz aralığında idi. İndi isə bu normalaşıb. Bunun nəticəsi olaraq banklar depozit sahəsində aktiv rəqabət aparmağa başlayıblar".
Taleh Kazımov, "Bu il məcburi ehtiyat normalarının dəyişdirilməsi - azalıldılması və ya artırılması planımız yoxdur", -əlavə edib.
Mərkəzi Bankın sədri bildirib ki, ötən 3 il ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 54 faiz artıb:
"Apreldə mənim Mərkəzi Bankda 3 ilim olacaq. 3 il ərzində Mərkəzi Bankın ehtiyatları 54% artıb. Bu o deməkdir ki, Mərkəzi Bank 2022-ci ilin əvvəlinə olan ehtiyat həcminə 54% valyuta ekvivalentində manat çap edib. Bank sektorunda kifayət qədər yüksək likvidlik var idi. Bir fürsət idi ki, biz o likvidliyi sterilizasiya edərək ehtiyatları artıraq. Biz 3 il ərzində ehtiyatlarımızı 54% artırdıq, bu hamımızın kifayət qədər böyük uğurudur".
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
1 saat əvvəl
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"bp-Azərbaycan"dan 2025-ci ilin yekunları üzrə BİZNES ƏMƏLİYYATLARI HESABATI
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
-
2 saat əvvəl
"Trendyolmilla" ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
Ən çox oxunanlar
KPMG Bakıda 2-ci ofisini açdı
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
Daha bir bank nağd kredit üzrə faiz dərəcəsini endirdi
Azərbaycan neftinin son qiyməti
Expressbank Quba-Xaçmaz regionunda sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Dövriyyə 10 min dolları keçdiyi halda, vergi uçotu tələb olunacaq - Qeyri-rezidentlər üçün yeni qaydalar gəlir






















