Tramp Putinə: “Bu müharibəni bitir, yoxsa sanksiyalar gəlir”
ABŞ prezidenti Donald Tramp sosial media hesabından verdiyi açıqlamada Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün razılaşma əldə olunmasa, Moskvaya qarşı daha sərt sanksiyalar və idxala gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyib.
Marja.az xəbər verir ki, Tramp özünün “Truth Social” sosial media platformasında dərc etdiyi açıqlamasında Rusiya prezidenti Vladimir Putini adı ilə çağırıb.
O, açıqlamasında, "Əgər tezliklə razılaşma əldə olunmasa, Rusiyanın ABŞ və digər ölkələrə satdığı hər şeyə ağır tariflər və sanksiyalar tətbiq etməkdən başqa yolum qalmayacaq. Mənim prezidentliyim dövründə bu müharibə heç vaxt başlamazdı. İndi bu müharibəni bitirək, daha çox itki olmamalıdır", - bildirib.
“Mən Rusiya xalqını sevirəm,Putinlə həmişə yaxşı münasibətim olub, amma...”
Tramp açıqlamasında iqtisadi sanksiyalar tətbiq etməyə hazır olduğuna işarə edərkən, keçmişdə Rusiya ilə qurduğu yaxşı münasibətləri də vurğulayıb. “Mən Rusiyaya zərər vermək istəmirəm. Rus xalqını sevirəm və prezident Putinlə həmişə yaxşı münasibətim olub” deyən Tramp, ABŞ-ın müttəfiqlərinə qarşı tətbiq etdiyi iqtisadi təzyiq üsullarını Rusiya üçün də istifadə edə biləcəyini qeyd edib.
İkinci Dünya Müharibəsi zamanı Rusiyanın oynadığı mühüm rola toxunan Tramp, "Unutmamalıyıq ki, Rusiya müharibə zamanı 60 milyon itki verib və qələbəmizə töhfə verib. Ancaq hazırda çökməkdə olan iqtisadiyyatına baxmayaraq, mən Rusiyaya böyük bir xeyir verəcəm. İndi kompromis vaxtıdır. Bu mənasız müharibəni dayandırın", deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























