"Müharibənin bitməsi üçün neftin qiyməti aşağı düşməlidir. OPEC ölkələrindən bunu istəyəcəm”
ABŞ prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışında deyib. O çıxışında, "OPEC ölkələrindən neftin qiymətini azaltmağı istəyəcəm. Əgər azalsaydı, Rusiya-Ukrayna müharibəsi bitəcəkdi. Müharibənin bitməsi üçün qiymətlər aşağı düşməlidir",- deyib.ABŞ prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edib.
Marja xəbər verir ki, Tramp iqtisadi xaosu aradan qaldıracaqlarını bəyan edib.
Atılacaq addımlarla bağlı Tramp, "Mənim administrasiyam görünməmiş bir sürətlə irəliləyəcək. İqtisadi xaosun öhdəsindən gələcəyik. Son 4 ildə vergi tərəfində pis addımlar atıldı. Ən pis inflyasiya böhranlarından birinin şahidi olduq”, -deyib.
Radikal problemlərin öhdəsindən gələ biləcək siyasət addımlarının vəzifəyə gəldiyi gündən başladığına diqqət çəkən Tramp, "İnflyasiyanın öhdəsindən gəlmək üçün addımlar atdım. Enerji addımları atdım, Paris İqlim Sazişindən çıxdıq. Enerji Fövqəladə Hallar Planını irəli sürdük" deyib.
ABŞ-ı süni intellektdə dünyanın mərkəzi edəcəklərini ifadə edən Tramp, "Minlərlə dolların ABŞ ev təsərrüfatlarına qaytarılmasını təmin edəcəyəm. Yerli istehsalçılar üçün vergi endirimləri tətbiq edəcəyik", - bildirib.
İş dünyasına mesaj verən Tramp, "Gəlin istehsalınızı ABŞ-da qurun, Sizə indiyədək verilməmiş dəstəyi verəcəyik. Ancaq məhsullarınızı ABŞ-da istehsal etməsəniz, bu, sizin əleyhinizə işləyəcək və əlavə vergilərlər ilə üzləşə bilərsiniz”, - bildirib.
“Müharibənin bitməsi üçün neftin qiyməti aşağı düşməlidir”
ABŞ prezidenti çıxışında deyib: "OPEC ölkələrindən neftin qiymətini azaltmağı istəyəcəm. Əgər azalsaydı, Rusiya-Ukrayna müharibəsi bitəcəkdi. Müharibənin bitməsi üçün qiymətlər aşağı düşməlidir".
Trampın fikrincə, neftin qiymətinin aşağı salınması Ukrayna müharibəsi məsələsində Rusiyaya təzyiq vasitəsidir: “Neftin qiyməti aşağı düşsə, Rusiya və Ukrayna arasındakı müharibə dərhal başa çatacaq”,
Prezident Tramp vurğulayıb ki, bütün dünyada faiz dərəcələri sürətlə aşağı düşməlidir.
Həmçinin Tramp Səudiyyə Ərəbistanınıa 1 trilyon dollarlıq sərmayə qoymağa çağıracağını bildirib.
Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı, "Milyonlarla əsgər həyatını itirir. Bu, İkinci Dünya Müharibəsindən bəri heç vaxt görülməyib. Bu müharibəni bitirməyin vaxtıdır" deyib.
Trampın çıxışından sonra Brent nefti 1% ucuzlaşaraq 78,28 dollara düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























