“Tegeta Motors Baku” müştərilər üçün Böyük Britaniyada yerləşən JCB zavoduna məlumat turu təşkil edib
Məlumat turunda Azərbaycanın aparıcı tikinti şirkətlərinin nümayəndələri iştirak ediblər.(®) JCB şirkətinin Azərbaycandakı eksklüziv nümayəndəsi olan “Tegeta Motors Baku” Böyük Britaniya brendinin müştəriləri üçün məlumat turu təşkil edib.
Böyük Britaniyada təşkil edilmiş tur zamanı qonaqlar JCB zavodlarını ziyarət etmək imkanı əldə ediblər. Səfər çərçivəsində JCB-nin baş ofisinə, robotlaşdırılmış anbarlarına və muzeyinə ekskursiyalar təşkil edilib. Qonaqlar brendin tarixi, istehsal prosesi və innovativ texnologiyaları ilə tanış olublar.
15-19 yanvar tarixlərində baş tutmuş tur zamanı dövlət tərəfindən həyata keçirilən müxtəlif infrastruktur layihələrində fəal iştirak edən Azərbaycanın aparıcı tikinti şirkətlərinin nümayəndələri iştirak ediblər.
Biznesin inkişafı üzrə regional menecer İrakli Xaçapuridze deyib: "Tərəfdaşlarımızla birlikdə kifayət qədər maraqlı təcrübə əldə etdik. Biz JCB şirkətinin Böyük Britaniyada yerləşən 11 yüksək texnoloji zavodundan ən böyüklərində, məsələn, ekskavator-yükləyici, teleskopik yükləyici, ekskavator və yol tikintisi texnikası zavodlarında olduq.
Biz həmçinin dünyanın böyük hissəsini ehtiyat hissələri və aqreqatlarla təchiz edən robotlaşdırılmış ultramüasir “World Parts Center” anbarı ilə tanış olduq. JCB şirkətinin rəqibləri ilə müqayisədə üstünlüklərindən biri də texnikanın əsas aqreqatlarını - mühərrik, transmissiya, kabinə, hidravlik silindrlər və s. özünün istehsal etməsidir.
Biz daim müştərilərin ehtiyaclarını öyrənməyə və onlara uyğun həllər təklif etməyə çalışırıq. Beləliklə, biz müştərilərə konkret məhsullar deyil, onların biznesini daha da səmərəli edəcək kompleks həllər təklif edirik. Məqsəd istehlakçılarımızla uzunmüddətli tərəfdaşlıq münasibətləri qurmaqdır. JCB-nin Böyük Britaniyada yerləşən zavoduna səfər məhz buna xidmət edir".
Səfərin məqsədi müştəriləri brendin tarixi və istehsal prosesləri ilə daha yaxından tanış etməkdir. Bundan əlavə, bu, JCB ilə uzunmüddətli münasibətlərin və tərəfdaşlığın qorunması və brendin yerli bazarda mövqeyinin gücləndirilməsi üçün mühüm addımdır. İlk dəfə olaraq “Tegeta Motors Baku” şirkətinin təşkil etdiyi bu tur iştirakçılar tərəfindən müsbət qarşılanıb.
Böyük Britaniyada keçirilən görüşdə həmçinin JCB-nin Azərbaycanda inkişaf planı müzakirə edilib ki, bu da strateji əməkdaşlığı gücləndirəcək və məhsulların populyarlaşdırılması üçün yeni imkanlar açacaq.
“Tegeta Motors Baku” şirkəti 2022-ci ildən brendi Azərbaycanda təmsil edir. Bu illər ərzində şirkətin illik satışları daim artır. 2024-cü ildən “Tegeta Motors Baku” tikinti, yol tikintisi, kənd təsərrüfatı və anbar texnikası daxil olmaqla, yüzdən çox JCB texnikası satmağa nail olub. Şirkətin gələcək planları da kifayət qədər iddialıdır. Hədəf 2025-ci ildə JCB texnikasının illik satışlarının minimum 40% artırılmasına nail olmaqdır.
JCB dünyanın ən yaxşı üç yol, tikinti, kənd təsərrüfatı və anbar texnikaları istehsalçısından biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"



















