Naxçıvanda ötən il verilmiş ipoteka kreditlərinin dinamikası artıb
2024-cü ildə Naxçıvan Muxtar Respublikasında 71 nəfərə ipoteka krediti verilib. 2023-cü ildə bu rəqəm 46, 2022-ci ildə isə 36 nəfər olmuşdu.
Bu barədə Marja-ya “Naxçıvan İpoteka Fondu” ASC-dən məlumat verilib.
Qeyd edilib ki, maliyyələşdirilmiş ipoteka kreditlərinin həcminə gəlincə son 5 ildə ən çox kredit 2024-cü ildə verilib. Belə ki, 12 ay ərzində sakinlər 5 milyon 267 min 792 manat ipoteka kreditindən yararlanıblar. Ümumiyyətlə, geridə qoyulan illərə nəzər yetirdikdə bu, ən yüksək göstəricidir. 2023-cü illə müqayisədə bu rəqəm 2 dəfə çoxdur. Həmin il 46 nəfərə ipoteka fondu tərəfindən, sadəcə, 2 milyon 575 min 32 manat verilmişdir.
Eyni zamanada maliyyələşdirilmiş güzəştli və adi ipoteka kreditlərinin illər üzrə həcmində də xeyli artım müşahidə olunur. 2024-cü ildə verilən ipoteka kreditlərinin 3 milyon 402 min 713 manat güzəştli, 1 milyon 865 min 79 manatı isə adi kredit kimi verilib. Ötən il verilən kreditlərdən 70-i Naxçıvan şəhərinin, 1-i isə Şahbuz rayonunun payına düşür. 2023-cü ildə isə verilən ipoteka kreditinin 46-sı təkcə Naxçıvan şəhərini əhatə etmişdir. Digər maraqlı məqam verilən kreditlərdə qadınların sayının artmasıdır. 2023-cü ildə 5 qadın ipoteka kreditindən yaralanmışdısa, 2024-cü ildə bu rəqəm artıq 16 olub.
İpoteka krediti götürənlərin yaş həddinə gəlincə 2024-cü ildə daha çox bundan istifadə edənlər 30-35 yaşlı sakinlər olub – 29 nəfər. Yaşı 35-i haqlamış 25 nəfər, yaşı 18-29 aralığı olan 17 nəfər də ötən il ipoteka kreditindən yararlanıb.
2022 və 2023-cü illərlər müqayisədə 2024-cü ildə ilk dəfə olaraq tibb sahəsində çalışan işçilərə ipoteka krediti verilib. Həmçinin ötən il 3 şəhid ailəsi də bu kreditdən yararlanıb. Ümumiyyətlə, geridə qoyduğumuz ildə 18 hərbi qulluqçuya, 19 dövlət qulluğunun xüsusi növündə çalışan şəxsə və 12 təhsil işçisinə ipoteka krediti verilib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 9 d. əvvəl
-
13 d. əvvəl
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
-
1 saat əvvəl
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"bp-Azərbaycan"dan 2025-ci ilin yekunları üzrə BİZNES ƏMƏLİYYATLARI HESABATI
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq
bp-də işləyən Azərbaycan vətəndaşlarının sayı azalıb
Ən çox oxunanlar
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
KPMG Bakıda 2-ci ofisini açdı
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
Daha bir bank nağd kredit üzrə faiz dərəcəsini endirdi





















