Çin 160-dan çox ölkəyə ixracını artırıb
Çinin 2024-cü ildə 160-dan çox ölkəyə ixracı əvvəlki ilə nisbətən artıb.
Marja.az Çin Baş Gömrük İdarəsinin məlumatlarına istinadən xəbər verir ki, ixracatda ən çox artım qeydə alınan ölkələr Braziliya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı olub.
Çinin Braziliyaya ixracı 23,3 faiz, BƏƏ-yə 19,2 faiz, Səudiyyə Ərəbistanına isə 18,2 faiz artıb.
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ölkələrinə ixrac ötən illə müqayisədə 13,4 faiz, “Bir Kəmər və Yol” təşəbbüsünə daxil olan ölkələrə isə 9,6 faiz artıb.
Bu dövrdə Çinin ənənəvi bazarları olan ABŞ-a ixracı 6,1 faiz, Avropa İttifaqı (Aİ) ölkələrinə isə 4,3 faiz artıb.
Dünyanın ən böyük ixracatçısı olan ölkənin ixracı 2023-cü ildə 4,6% azalsa da, 2024-cü ildə 5,9% artması ilə diqqət çəkib.
İqtisadi çətinliklər dövründə, ixrac, artımın hərəkətverici qüvvəsi olub, Çin tərəfindən istehsal olunan elektrik nəqliyyat vasitələri, akkumulyatorlar, günəş panelləri və külək turbinləri kimi yeni enerji avadanlıqlarına artan tələb daxili tələbatın zəif olduğu bir dövrdə iqtisadi inkişafın "mühərriki" olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)







