“Yelo Bank” pozuntulara yol verib - Mərkəzi Bank icrası məcburi sərəncam verdi
Mərkəzi Bank “Yelo Bank” ASC-yə icrası məcburi sərəncamın verilməsi barədə məlumat yayıb.
Məlumata görə, “Yelo Bank” ASC tərəfindən “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”nin (Əsasnamə) 7.5-ci bəndinin tələblərinə zidd olaraq valyuta mübadiləsi əməliyyatlarına dair məlumatların təyinatı üzrə valyuta nəzarətinin həyata keçirilməsi məqsədilə formalaşdırılmış informasiya sisteminə düzgün təqdim edilmədiyinə görə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “Yelo Bank” ASC-yə gələcəkdə müvafiq pozuntulara yol verilməməsi üçün vahid informasiya sisteminin iştirakçılarının Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı icrası məcburi sərəncam verilmişdir.
“Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”nin (Əsasnamə) 7.5-ci bəndinə görə, informasiya sisteminə Azərbaycan Respublikasından kənara xarici valyutanın köçürülməsi əməliyyatlarına dair aşağıdakı məlumatlar daxil edilir:
7.5.1. əməliyyatın icra saatı və tarixi;
7.5.2. valyutanı köçürən valyuta nəzarəti agentinin və onun struktur bölməsinin adı və ünvanı;
7.5.3. əməliyyatın təyinat ölkəsi;
7.5.4. vəsait alanın adı;
7.5.5. vəsaiti köçürən şəxsin hesab nömrəsi (köçürmə hesab vasitəsilə həyata keçirildikdə);
7.5.6. əməliyyatın məbləği və valyutası;
7.5.7. əməliyyatın kanalı (SWIFT/sürətli pul köçürmə sistemi (adı göstərilməklə)/ digər (əlavə məlumat verilməklə);
7.5.8. Qaydaların əməliyyatın aparılması əsasını müəyyən edən müvafiq struktur elementi;
7.5.9. əməliyyatın aparılmasına əsas verən təsdiqedici sənədlərin adı, tarixi, nömrəsi;
7.5.10. əməliyyatın təyinatı;
7.5.11. əməliyyatın unikal istinad nömrəsi.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
7 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)



.jpg)






.jpg)





