Azərbaycan 2024-cü ildə ən çox qızıl alan 5-ci ölkə olub
Ümumdünya Qızıl Şurasının 2024-cü il hesabatına görə, qlobal mərkəzi bankların qızıl ehtiyatlarının artması tendensiyası dayanmadan davam edir. Xüsusilə iqtisadi qeyri-müəyyənliklər və inflyasiyaya qarşı etibarlı "sığınacaq" axtarışları qızıla olan marağı daha da artırıb.
Bəs ən çox qızılı hansı ölkələrin mərkəzi bankları alıb?
Marja CNN Türk-ə istinadən xəbər verir ki, 2024-cü ildə ən çox qızıl almış ölkələr açıqlanıb. Azərbaycan reytinqdə 5-ci yerdədir.
Ümumdünya Qızıl Şurası tərəfindən qeyd edilib ki, ölkəmizin qızıl alışlarına Azərbaycan Mərkəzi Bankının deyil, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qızıl alışları daxildir.
2024-cü ildə qızıl ehtiyatlarını ən çox artıran 10 ölkə və onların ümumi ehtiyatları aşağıdakılardır:
1. Polşa: 90 ton olmaqla 2024-cü ilin ən böyük qızıl alıcısı olub. Ümumi qızıl ehtiyatını 448 tona çatdırıb.
2. Türkiyə: 75 ton qızıl alaraq ehtiyatını 528 tona çatdırıb.
3. Hindistan: 73 ton qızıl alıb, ümumi ehtiyatı 876 tona çatıb.
4. Çin: 44 ton qızıl alması ilə diqqət çəkib, ümumi ehtiyatı 2280 tona çatıb.
5. Azərbaycan 25 ton qızıl alıb və qızıl ehtiyatını gücləndirib (rəqəmə ilk 3 rübün rəqəmləri daxildir, 4-cü rüb alışı daxil deyil).
6. Çexiya: 20 ton qızıl alaraq ehtiyatını üç dəfə artırıb.
7. İraq: 20 ton qızıl alıb və ehtiyatını artırmağa davam edib.
8. Macarıstan: 16 ton qızıl alaraq qızıl ehtiyatını 110 tona çatdırıb.
9. Qana və Özbəkistan: hər biri 11 ton qızıl alıb.
10. Qətər: Ehtiyatına 10 ton qızıl əlavə edib.
Ümumdünya Qızıl Şurasının EMEA üzrə baş analitiki Krişan Qopaul sosial media yazısında qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin son rübündə 20 ton qızıl alıb və bununla da 2024-cü il üçün qızıl alışını 45 tona çatdırıb.
“2024-cü ilin sonunda ümumi qızıl ehtiyatları 147 ton təşkil edib ki, bu da onun investisiya portfelinin 21%-ni təşkil edir (2023-cü ilin sonunda bu göstərici 12% idi),” Gopaul bildirib.
4- cü rüb alışı da nəzərə alınarsa Azərbaycan 2024-cü ildə cəmi 45 ton alışla 4-cü yeri tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 4 d. əvvəl
- 12 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"





















