Böyük banklar qızıl üçün "3 min dollar" proqnozlaşdırırlar
Qızılın qiyməti rekord səviyyədə ticarət edilərkən, banklar yeni pik proqnozlar açıqlayıblar. Citigroup və UBS qızılla bağlı proqnozlarını bir unsiya üçün 3000 dollara qaldırıblar.Qlobal investisiya bankları Citi Group və UBS qızıl qiymətləri ilə bağlı proqnozlarını yüksəldiblər.
Marja.az xəbər verir ki, Citi, ABŞ prezidenti Donald Trampın administrasiyası dövründə ticarət müharibələri, geosiyasi gərginliklər və dollarlaşma səbəbindən qısamüddətli proqnozunu unsiya üçün 2800 dollardan 3000 dollara qaldırıb.
Bank 2025-ci il üçün orta qiyməti bir unsiya üçün 2800 dollardan 2900 dollara qədər yeniləyib.
UBS də 3000 dollara qədər artırıb
İsveçrədə yerləşən UBS də qlobal faiz dərəcələrinin azaldılması, qeyri-müəyyənlik və güclü investor/mərkəzi bank tələbi fonunda böyümənin davam edəcəyini gözləyərək, qızılın 12 aylıq qiymət proqnozunu bir unsiya üçün 2850 dollardan 3000 dollara yüksəldib.
Qızılın qiyməti ilin əvvəlindən rekordlar ardınca rekord qırır. Qızılın qiyməti fevralın 5-də tariflər (gömrük rüsumları) və Fed-in faiz azaltmağı dayandırmasının təsiri ilə yeni rekord qıraraq bir unsiya üçün 2882 dollara çatıb.
Qlobal bazarlarda qızılın qiyməti bu il 10 faizdən çox artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 d. əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
- 7 d. əvvəl
-
23 d. əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
39 d. əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
- 40 d. əvvəl
-
42 d. əvvəl
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
- 49 d. əvvəl
-
51 d. əvvəl
FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- 51 d. əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Ən çox oxunanlar
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
Toyota artıq Yaponiyanın ən dəyərli şirkəti deyil
Rəsmi məzənnələr açıqlandı
























