Gəncədə ət və yumurta istehsalı artıb
Gəncə Şəhər Statistika İdarəsi 2024-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhərində kənd təsərrüfatının vəziyyəti haqqında məlumatları açıqlayıb.
Məlumata görə, 2024-cü ilin yanvar-dekabr aylarında Gəncə şəhərində 63,2 ha sahədə əkin (ondan 29,0 hektar dənli və dənli paxlalı bitkilər, 34,2 hektar tərəvəz bitkiləri) aparılmışdır. 2024-cü ilin yanvar-dekabr aylarında tarlalardan 59,7 ton dənli və dənli paxlalı bitkilər, 138,9 ton tərəvəz, 886,9 ton meyvə və giləmeyvə, 502,8 ton üzüm toplanmışdır.
2025-ci ilin yanvar ayının 1-i vəziyyətinə təsərrüfatlarda 691 baş iribuynuzlu mal-qara (ondan 291 baş inək və camış), 1514 baş qoyun və keçi, 29 baş donuz mövcud olmuşdur.
Gəncə şəhərində 2024-cü ilin yanvar-dekabr aylarında heyvandarlıq bölməsində 224 ton ət diri çəkidə, 690 ton süd, 1215 min ədəd yumurta, 2 ton yun istehsal edilmişdir. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 52 ton (30,2 faiz), yumurta istehsalı 210 min ədəd (20,9 faiz) artmış, süd istehsalı 21 ton (3,0 faiz), yun istehsalı isə 1 ton (33,3 faiz) azalmışdır.
2024-cü ilin yanvar-dekabr aylarında kənd təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 5 milyon 305,8 min manat, o cümlədən bitkiçilik məhsulları 3 milyon 192,0 min manat, heyvandarlıq məhsulları 2 milyon 113,8 min manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz



























