Qızıl daha da bahalaşdı
ABŞ prezidenti Donald Trampın bu dəfə əmtəə idxalına yönəlmiş tarifləri (gömrük rüsumları) elan etməsindən sonra qızıl bahalaşır.
Marja xəbər verir ki, qlobal bazarlarda qızıl daha da bahalaşaraq unsiyası 2948 dolları görüb (Bakı vaxtı ilə saat 06:55-ya olan məlumat). Qızıl artıq son 12 ayda 15%-dən çox bahalaşıb.
Bazar günü Prezident Trampın ABŞ-a bütün alüminium və polad idxalına 25% ticarət tarifləri tətbiq edəcəyini söylədikdən sonra sarı metal rekord səviyyəyə qalxıb. Həmçinin Tramp, ABŞ-ın idxal rüsumlarının ölkənin digər ticarət tərəfdaşları tərəfindən tətbiq olunanlara uyğun olaraq artacağını nəzərdə tutan qarşılıqlı tariflər planını açıqlayıb.
Bu açıqlama Trampın Çinə qarşı tətbiq etdiyi 10%-lik rüsumların qüvvəyə minməsindən bir neçə gün sonra verilib. Pekin tariflərə qarşı öz ticarət tədbirləri ilə cavab verib.
Tariflər, dünyanın ən böyük iqtisadiyyatları arasında artan ticarət müharibəsi ilə bağlı narahatlıqları artırıb və bu, ticarəti poza və qlobal iqtisadi inkişafa mənfi təsir göstərə bilər.
Analitiklər bildirib ki, yüksək inflyasiya riski və yavaş iqtisadi artım riski ilə bağlı tarif narahatlıqları qızıl kimi təhlükəsiz sığınacaq aktivlərinə tələbi artırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























