Çin daşınmaz əmlak nəhəngini 6,8 milyard dollarla xilas edəcək
Çin, mübarizə aparan əmlak şirkəti Vanke-ni xilas etmək üçün 6,84 milyard dollarlıq paket hazırlayırÇinin daşınmaz əmlak nəhəngi "Vanke" ölkədəki likvidlik böhranı və daşınmaz əmlak sektorundakı uzunmüddətli durğunluq nəticəsində maliyyə baxımından çətin günlər yaşayır.
Marja xəbər verir ki, Şirkətin maliyyə vəziyyətinin pisləşməsi səbəbindən Moody's dünən yaydığı açıqlamada "Vanke"nin kredit reytinqini "B3"dən "Caa1"ə endirib. Bu, şirkətin yüksək kredit riskinə malik olduğunu göstərən və “spekulyativ” hesab edilən reytinq səviyyəsidir.
Bu hadisələrdən sonra Çin səlahiyyətliləri şirkət üçün 50 milyard yuan (təxminən 6,84 milyard dollar) dəyərində xilasetmə paketi üzərində işləməyə başlayıb.
Bloomberg, adının açıqlanmasını istəməyən mənbələrə istinadən xəbər verir ki, plana əsasən, tənzimləyicilər "Vanke"dən satılmamış mülkləri və boş torpaqları almaq üçün 20 milyard yuanlıq xüsusi yerli hökumət istiqrazları kvotası ayıracaqlar. Bu vəsait, Shenzhendə yerləşən şirkətə bu il ödənilməli olan dövlət və özəl borclarını ödəməyə imkan verəcək.
"Vanke" və onun törəmə şirkətlərinə borcları ödəmək üçün yeni istiqraz satışı və bank kreditləri kimi digər maliyyə mənbələrindən istifadə etməyə icazə veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





