ABŞ keçən il Çin, Kanada və Meksikadan 1,4 trilyon dollarlıq mallar idxal edib
2024-cü ildə ABŞ-ın idxalının 42 faizi Çin, Kanada və Meksikadan olub. Bu üç ölkədən idxal keçən il 3: artaraq 1 trilyon 357,5 milyard dollara çatıb.ABŞ prezidenti Donald Trampın tarif (gömrük rüsumu) planlarını həyata keçirməsi qlobal bazarların istiqamətini müəyyənləşdirir. Vəzifəyə gəldikdən sonra Çinə 10 faiz əlavə gömrük rüsumu tətbiq edən Tramp, Kanada və Meksikaya tətbiq edilən tarifləri hələlik gündəmdə saxlayır.
Marja xəbər verir ki, Tramp öz iqtisadi və ticarət siyasətlərini seçki kampaniyası zamanı tez-tez vurğuladığı “Amerikanı yenidən möhtəşəm et” şüarına uyğun formalaşdırdıqca, əlavə tariflərin qlobal ticarətə mümkün təsirləri ilə bağlı narahatlıqlar artır. Tramp həmçinin ABŞ-dan bütün polad və alüminium idxalına 25 faiz rüsum tətbiq edən sərəncam imzalayıb.
Bu hadisələrdən sonra Trampın tariflərlə hədəf aldığı ölkələrin ABŞ iqtisadiyyatındakı mövqeyi və tariflərin iqtisadi nəticələri maraq mövzusu oldu.
İdxalda Meksika liderdir
Beynəlxalq Ticarət Mərkəzinin (ITC) məlumatlarına görə, ABŞ-ın ümumi idxalının 2024-cü ildə əvvəlki ilə nisbətən 6 faiz artaraq 3 trilyon 359,3 milyard dollara çatıb.
ABŞ idxalının ölkələr üzrə bölgüsünə baxdığımızda 510 milyard dollarla Meksika birinci yerdədir. Bu ölkənin ardınca 462,7 milyard dollarlıq idxalla Çin və 422,2 milyard dollarlıq idxal ilə Kanada gəlir. Bu dövrdə Meksika və Çindən idxal illik müqayisədə müvafiq olaraq 6 faiz və 3 faiz artıb, Kanadadan idxal isə 2 faiz azalıb.
Beləliklə, 2024-cü ildə ABŞ idxalının təxminən 42 faizi Çin, Kanada və Meksikadan olub.
Ən çox avtomobil və ehtiyat hissələri Meksikadan alınıb
Ötən il ABŞ Meksikadan cəmi 137,2 milyard dollar dəyərində avtomobil və onların ehtiyat hissələri, 105,9 milyard dollarlıq maşın və avadanlıqlar, 87,6 milyard dollarlıq elektrik maşın və avadanlıqları alıb.
Digər tərəfdən idxal artımlarına baxdığımızda ən böyük artım 24,2 milyard dollarla maşın və avadanlıqlarda olub.
İdxalın ən çox azaldığı mallar 8,2 milyard dollarla mineral yanacaq, 538 milyon dollar ilə mebel məhsulları, 486 milyon dollarla dəmir-polad materialları olub.
Ən çox elektrik maşın və avadanlıq Çindən alınıb
Ötən il ABŞ qlobal ticarətdə özünün ən böyük rəqibi kimi gördüyü və bir neçə dəfə “ticarət müharibəsi” apardığı Çindən 462,7 milyard dollarlıq mallar idxal edib. Çindən ən böyük idxal 127,1 milyard dollarla elektrik maşın və avadanlıqları olub. Növbəti böyük mal qrupları üzrə idxal - 85,1 milyard dollarla motorlu nəqliyyat vasitələri və ehtiyat hissələri, 32 milyard dollarla isə oyuncaqlar, idman avadanlığı və aksesuarlarıdır.
Mineral yanacaq ən çox Kanadadan idxal edilib
ABŞ keçən il Trampın əlavə tariflər tətbiq etməyi planlaşdırdığı Kanadadan 422,2 milyard dollar dəyərində mallar idxal edib. Kanadadan ən çox idxal edilən məhsullara baxdığımızda mineral yanacaqlar 131 milyard dollarla birinci yerdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
-
-
1 gün əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
2 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
2 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
2 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
OpenAI-ə böyük investisiya: Amazon-dan 50 milyard, NVIDIA və SoftBank Group-dan 60 milyard dollar sərmayə
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq





















