Qlobal bank 2025-ci ilin sonu üçün qızıl proqnozunu yenilədi
"Goldman Sachs" 2025-ci ilin sonuna qızılın qiyməti üzrə proqnozunu bir unsiya üçün 3100 dollara yüksəldib.Qabaqcıl qlobal investisiya bankı, qiymətli kağızlar, aktivlərin və sərvətlərin idarə edilməsi üzrə ixtisaslaşan şirkət olan "Goldman Sachs", 2025-ci ilin sonuna qızıl proqnozunu 2890 dollar/unsiyadan 3100 dollar/unsiyaya yüksəldib.
"Mərkəzi bankların artan tələbi qızıl qiymətlərini ilin sonuna qədər 9% də yüksəldəcək"- bank proqnozlaşdırır.
Marja xəbər verir ki, eyni zamanda tariflər ilə (gömrük rüsumları) bağlı narahatlıqlar da daxil olmaqla siyasət qeyri-müəyyənliyi yüksək olaraq qalırsa, "Goldman Sachs" uzunmüddətli spekulyativ mövqeləşmə səbəbindən qızılın ilin sonuna qədər 1 unsiya üçün 3300 dollara yüksələ biləcəyini nəzərdə tutur.
Bank həmçinin mərkəzi bankların tələb proqnozunu əvvəlki 41 tondan ayda 50 tona qaldırıb.
"Goldman" bildirib ki, alışlar ayda orta hesabla 70 ton olarsa, qızılın qiyməti 2025-ci ilin sonuna qədər unsiya üçün 3200 dollara qədər yüksələ bilər. Bunun əksinə olaraq, FED faiz dərəcələrini sabit saxlasa, bank eyni dövrdə qızılın unsiyasının 3060 dollara çatacağını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





