“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” “Azərbaycan Dəmir Yolları”na birləşdirilir - FƏRMAN
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ADY-ə qoşulur.Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında” Fərman imzalayıb.
Marja.az xəbər verir ki, Fərmana əsasən, dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etmək məqsədilə qərara alınıb ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil edilsin.
Müəyyən edilib ki, Limanın Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.
XXX
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – Liman) ona qoşulması formasında yenidən təşkil edilsin.
2. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının Prezidentinə:
2.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;
2.1.2. Cəmiyyətin icra orqanının rəhbərinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.
2.2. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON−a):
2.2.1. bu Fərmanın 2.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələlərin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi;
2.2.2. Azərbaycan Respublikasının normativ hüquqi aktları, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.
3. Müəyyən edilsin ki, Limanın Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. bu Fərmanın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON):
5.1. Cəmiyyətin yeni nizamnaməsini və strukturunu üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 fevral 2025-ci il
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
38 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 41 d. əvvəl
-
50 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
53 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir




















.jpg)




