"Mikro, kiçik və orta sahibkarlıq bizneslərini genişləndirdikləri üçün kreditlər üzrə tələbdə artım müşahidə edilib"
Xəbər verdiyimiz kimi, Mərkəzi Bank tərəfindən 2024-cü ilin IV rübü üzrə bank sektorunda kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair keçirilmiş sorğunun nəticələri açıqlanıb.
2024-cü ilin IV rübü üzrə sorğu nəticələrinə əsasən, mikro və iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarda dəyişiklik olmasa da, KOS (kiçik və orta sahibkarlıq) subyektləri üzrə kredit standartlarında sərtləşmə müşahidə edililib. Banklar növbəti rübdə ümumi biznes kreditləri, o cümlədən mikro və iri sahibkarlıq subyektləri üzrə kredit standartlarında dəyişiklik olmayacağı, KOS subyektləri üzrə isə standartlarda sərtləşmənin davam edəcəyi qənaətindədirlər. Banklar biznes kreditləri üzrə standartlarda dəyişikliklərin əsasən yuxarı riskli kreditlərə tətbiq olunan marja və kreditlərin maya dəyərinin artımı formasında olduğunu qeyd ediblər.
Sorğuda iştirak edən bankların cavablarına əsasən, 2024-cü ilin IV rübündə MKOS (mikro, kiçik və orta sahibkarlıq) və iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə tələbdə artım müşahidə edilib. Respondentlər tərəfindən tələbə artırıcı təsir edən amilin biznes subyektləri üzrə dövriyyə kapitalına ehtiyacın olması bildirilib. Banklardan gələn məlumatlara əsasən dövriyyə kapitalı ehtiyaclarının artımın əsas səbəbi borcalanların bizneslərini genişləndirməsidir. Banklar növbəti rübdə ümumi biznes kreditləri, o cümlədən MKOS subyektləri üzrə kredit tələbində dəyişiklik olmayacağını gözləyirlər. 2024-cü ilin IV rübündə biznes kreditləri üzrə standartlara sərtləşdirici təsir edən amillər bankların risk iştahaları və maliyyələşmə dəyəri olub.
Bütövlükdə sorğu nəticələri bankların biznes portfeli üzrə artım tempinin növbəti rüb də davam edəcəyini göstərir
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
2 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)



.jpg)







