"Şəfa"nın tarixində rekord sayda transfer həyata keçirilib, klubun bazar dəyəri 225 000 avroya yüksəlib
225 000 Avro: "Şəfa" yeni zirvəyə qalxır!2024-cü il "Şəfa" futbol klubu üçün tarixə, rekord transfer ili kimi düşüb. Mövsüm ərzində klub ən yüksək sayda transfer həyata keçirərək heyətini gücləndirib və peşəkar futbolçularla komandaya yeni nəfəs verib.
Hazırda komandada çıxış edən yeni futbolçular arasında aşağıdakı adlar xüsusi qeyd olunmalıdır:
- Tərlan Quliyev
- Amil Yunanov
- Emin Zamanov
- Ruslan Hacıyev
- Bəxtiyar Soltanov
- Zahid Mərdanov
- Əsgər Hüseynov
- Elnur Cəfərov
Transfermarkt.com saytına istinad edərək qeyd etmək olar ki, bu transferlərin nəticəsində komandanın dəyəri əhəmiyyətli dərəcədə artıb. Həmin mənbəyə əsasən, hazırda "Şəfa"nın bazar dəyəri 225 000 avro (təxminən 400 000 AZN) təşkil edir. Bu göstərici ilə klub İkinci Liqada bütün komandalar arasında ən yüksək dəyərə sahibdir və Birinci Liqada yalnız dəyəri 650 000 avro olan "Qəbələ" klubundan geri qalır.

"Şəfa" futbol klubu "MyGroup Holding"in bir hissəsidir və eyni zamanda, holdinq klubun əsas və baş sponsoru kimi çıxış edir. "MyGroup Holding" klubun maddi və maliyyə bazasını möhkəmləndirərək beynəlxalq səviyyədə daha böyük uğurlar qazanmasına dəstək olur. Bundan əlavə, holdinqin azarkeşlər üçün təşkil etdiyi xüsusi oyunlar və tədbirlər futbolun populyarlığını artırır və stadionlara olan marağı yüksəldir. Klub rəhbərliyi azarkeşlərin verdiyi dəstəyi yüksək qiymətləndirir və bu dəstəyin davam etməsinin vacibliyini vurğulayır.
Həmçinin "Şəfa" FK stadion məsələsinin həlli istiqamətində intensiv işlər aparır. Klub rəhbərliyi bu mövzuda AFFA və PFL ilə sıx əlaqədə olaraq, müvafiq qurumlarla danışıqları davam etdirir. Məqsəd – komandanın stabil oyun şəraitinə sahib olması və azarkeşlərin rahat şəkildə oyunları izləyə bilməsidir.
Klub yalnız yerli futbolçulardan ibarət heyət formalaşdıraraq Azərbaycan futbolunun zirvəsinə yüksəlməyi, yenidən Azərbaycan Kubokunu qazanmağı və gələcəkdə Avrokuboklarda iştirakını bərpa edərək beynəlxalq arenada mövqeyini möhkəmləndirməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
6 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)









