Repo əməliyyatları xaric Bakı Fond Birjasının dövriyyəsi 2,7 dəfə azalıb - YENİLƏNİB
2025-ci ilin yanvar-fevral ayları ərzində (ilk 2 ayda) Bakı Fond Birjasında (BFB) əqdlərin cəmi həcmi 13 milyard 616 milyon 922 min manat təşkil edib.
Bu barədə Marja.az Bakı Fond Birjasına istinadən xəbər verir.
Xatırladaq ki, 2024-cü ilin yanvar-fevral ayları ərzində Bakı Fond Birjasında əqdlərin cəmi həcmi 5 milyard 303 miylon 733 min manat təşkil etmişdi. Beləliklə, Birjada əqdlərin cəmi həcmi cari ilin ilk 2 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artıb.
2025-ci ilin ilk 2 ayında BFB-də əməliyyatların cəmi həcminin 95%-ni və ya 12 milyard 940 milyon 827 min manatını repo əməliyyatları təşkil edib. 2024-cü ilin ilk 2 ayında Birjada əməliyyatların cəmi həcminin 65,5%-ni və ya 3 milyard 473 miylon 124 min manatını repo əməliyyatları təşkil etmişdi.
Repo əməliyyatları xaric cəmi əməliyyatların həcmi 1 milyard 830 milyon 609 min manatdan (2024-cü ilin ilk 2 ayında) 676 milyon 95 min manata (bu ilin ilk 2 ayında) düşüb (2,7 dəfə azalıb).
"Səhm ticarəti üzrə dövriyyə 2.07 dəfə, korporativ qiymətli kağızlar üzrə isə 1.61 dəfə artıb"
Bakı Fond Birjası Repo əməliyyatlarının həcmindəki kəskin artımı şərh edib
"Bildiyiniz kimi, repo əməliyyatları bazarda qısamüddətli likvidliyin idarə olunması məqsədini daşıyan çevik maliyyə alətidir. 2024 cü ilin anoloji dövrü ilə müqayisədə 2025 ci ilin ilk 2 ayındakı artım dinamikası yerli kapital bazarı vasitəsilə bazar iştirakçılarının bu alətə daha çox marağının göstəricisidir.
Bununla yanaşı, qeyd etmək istərdik ki, ilin yeni başlamasına baxmayaraq, digər alətlərin dövriyyəsi artma trendini göstərir. Belə ki, yanvar-fevral aylarında səhm ticarəti üzrə dövriyyə ötən illə müqayisədə 2.07 dəfə, korporativ qiymətli kağızların ticarət dövriyyəsi isə 1.61 dəfə artmışdır.
Bakı Fond Birjası olaraq bizim əsas diqqət yetirdiyimiz məqamlar bazarın uzunmüddətli dayanıqlılığına və inkişafına yönəlməkdir. Bu istiqamətdə də 2025-2026-cı illər üzrə strateji hədəflərimiz üçün bir sıra yenilik və addımlar atmağı planlayırıq",- BFB-dən Marja.az-a bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 15 saat sonra
-
- 11 saat sonra
-
5 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
6 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
6 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb











.jpg)










.jpg)
