AMB-yə ssenarilərin təqdim olunduğu bildirildi - Avro qalxır
Məsələ ilə bağlı məlumata malik olan Avro Bölgəsi rəsmilərinə görə, Avropa Mərkəzi Bankı (AMB) İdarə Heyətinə monetar təşviq prosesinin gələcəyinə dair ssenarilər təqdim olunub.
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, sözügedən sənədlər Çərşənbə günü başlayan iki günlük toplantı üçün AMB-nin texniki komitəsi tərəfindən müzakirə edilib.
Adlarının açıqlanmasını istəməyən mənbələrə görə, sənədlər, qiymətli kağız alışlarının həcmi və müddətinə dair müxtəlif kombinasiyalar ehtiva edir.
Sözügedən sənədlərin rəsmi siyasət təklifi xarakterində olmadığını bildirən mənbələrə görə, AMB-nin 26 Oktyabr toplantısınadək hər hansı bir qərar mümkün görünmür.
Xəbərin ardınca Avro Dollar qarşısında bir qədər də bahalaşıb. Avro/Dollar məzənnəsi 0,3% artaraq 1.1951-ə qalxıb.
ECB, aylıq 60 milyard avro dəyərində qiymətli kağız alışı həyata keçirir. Bu iclasda olmasa da Oktyabr ayında keçiriləcək toplantıda bu miqdarın 40 milyard avroya endiriləcəyi gözlənilir. Xüsusilə inflyasiya nisbətinin 2%-lik hədəfə yaxınlaşması alışın azaldılacağına dair gözləntilərin yaranmasına səbəb olur.
Avro Bölgəsinin iqtisadiyyatını, 2008-2009 maliyyə böhranından sonra canlandırmaq üçün tətbiq olunan yumuşaq pul siyasəti çərçivəsində ECB 2 trilyondan artıq avro çap edərək dövriyyəyə buraxmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 18 d. əvvəl
-
- 21 d. əvvəl
- 24 d. əvvəl
-
30 d. əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
36 d. əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 38 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
-
1 saat əvvəl
İran böhranı davam edərkən Trampdan neft qiymətləri ilə bağlı proqnoz
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Prior Leasing"in xalis mənfəəti artıb
İran qida məhsullarının ixracını qadağan edib





























